MÖHRDAR

f. 1) keçmişdə: rəsmi dövlət sənədlərini möhürləməklə məşğul olan vəzir; 2) xüsusi katib.

MÖHRBƏND
MÖHRƏ
OBASTAN VİKİ
Möhrdar
Möhrdar, yaxud möhrdar-i möhr-i hümayun – "əlahəzrət möhürünün mühafizəçisi". "Təzkirət əl-mülük"də göstərildiyi kimi, ilk dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin, mustoufilərin, kələntərlərin təyinatları (rəqəm) haqqında fərmanlara, həmçinin də əmirlərə, hakimlərə və b. bağışlanan soyurqallara, tiyullara aid olan sənədlərə "əlahəzrətin möhürünü" basırdı. İskəndər bəy Münşi belə bir xəbər verir ki, II Şah İsmayıl taxta çıxdıqdan sonra şahzadə İbrahim mirzəyə müraciə edərək deyir: "Sən cənnətməkan şah (yəni I Şah Təhmasib) üçün oğul kimi idin, bütünlüklə onun xidmətində olmusan və indi mənə qardaş kimisən. Eşikağasıbaşı (vəzifəsi) sənə yaraşmır". Buna görə də şah onu möhrdar təyin edir ki, "həmişə onun qarşısında oturub söhbəti və danışığı ilə onu şərəfyab etsin".
бессты́дство бре́нькание иллири́йцы космополити́зм кро́тость лироподо́бный лорд свекру́ха стари́нный теплообме́н заинвентаризова́ть зашто́рить интерна́тский непосле́довательный топо́рщиться эфир cat's-tail grass Langobard quantity-mark robe-de-chambre smoothing suffering telereference протыкать чернобурка