MÜQƏDDƏS
MÜQƏDDƏSLİK
OBASTAN VİKİ
Müqəddəs
Dini inancda müqəddəs – müstəsna dərəcədə müqəddəslik, Allaha yaxınlıq və ya bənzərlik dərəcəsinə malik olan şəxs. Ancaq müqəddəs termininin istifadəsi kontekstdən və məzhəbdən asılıdır. Katolik, Şərqi Pravoslav, Anqlikan, Antixalkidon Kilsələri və Lüteran doktrinasında Cənnətdəki bütün imanlı mərhumlar müqəddəs sayılır, lakin bəziləri daha böyük şərəfə və ya izzətə layiq hesab edilir. Rəsmi kilsədə tanınması və nəticədə ictimai ehtiram kultu, bəzi məzhəb müqəddəslərinə onların təsdiqindən sonra Katolik Kilsəsində kanonizasiya və ya Şərqi Pravoslav Kilsəsində izzətləndirmə prosesi vasitəsilə verilir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Müqəddəs ilə əlaqəli mediafayllar var.
Müqəddəs Ambrosi
Müqəddəs Ambrosi, Milanlı Ambrosi, Medilonlu Ambrosi (lat. Sanctus Ambrosius; təq. 340–4 aprel 397) dörd böyük latın kilsə mütəfəkkirindən, Roma kilsəsinin banilərindən biri, kilsə müəllimi. Ambrosi dövrünün ən böyük avtoritetli, imperator siyasətinə qarışabiləcək dərəcədə söz sahibinə malik din xadimi olmuşdur. Bununla da o, kilsə ilə dövlət münasibətləri arasında zəmin yaratmış olmuşdur. Bəxtiyar Avqusinini xristianlığa dəvət edərək onu vəftiz etmişdir. Müqəddəs Ambrosi həm katolik həm də pravoslav kilsə kanonuna qəbul edilmişdir. == Həyatı == Xristian ilahiyyatçısı 340-cı ildə Roma İmperiyasının Qalliya vilayətinin mərkəzi Trevir şəhərində (indiki Almaniyanın Trir şəhəri) dünyaya gəlmişdir. Bəzi tədqiqatçılar onun atasının prefekt (vali) olduğunu irəli sürürlər. Ambrosiusun ailəsi Xristianlığı IV əsrin əvvəllərində qəbul etmişdi.
Müqəddəs Aqnes
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri. == Rəvayəti == Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrısına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür.
Müqəddəs Avqustin
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis; 13 noyabr 354 – 28 avqust 430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. == Həyatı == Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Müqəddəs Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Müqəddəs Georgi
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Müqəddəs Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Müqəddəs Kitab
Müqəddəs kitab (müqəddəs mətn) — hər hansı bir din və ya məzhəbdə müqəddəs qəbul edilən və mərkəzi bir əhəmiyyətə sahib olan əsərdir (yazıdır). Müqəddəs mətnlərin Allah tərəfindən birbaşa göndərildiyinə, nəbilərə (peyğəmbərlərə) vəhy edildiyinə inanılır. İstifadəsi müxtəlif yazı vasitələri (daş kitabələr, perqament, gil lövhələr, kağız və s.) üzərində fərqli informasiya daşıyıcılarında (kitab, mikrofiş, mikrokart, elektron sənəd və digər daşıyıcılarda) əlyetərlidir. Din - mənbəyi yaradana dayanan, məxluqatı dünya və axirət xoşbəxtliyinə qovuşdurmaqla nicatlandıran ilahi inanc sistemidir. Səmavi və qeyri-səmavi olmaqla dinlər iki qrupa ayrılır. Səmavi dinlər Allah tərəfindən vasitəli (mələklər ilə) və vasitəsiz (birbaşa) olaraq peyğəmbərlərə göndərilən yaradan, yaradılış, dünya və axirət məsələləri haqqında fikir və ya hökmlər (vəhy) barədə informasiya qaynaqlarıdır. Yəhudilik, xristianlıq və İslam dini səmavi dinlərdir. Həmçinin bu dinləri haqq və həqiqi dinlər adlandırırlar. Qeyri-səmavi dinlər isə bəşər övladının şüurunun formalaşdığı dövrdən insanlar arasında təşəkkül tapmış, Allah tərəfindən peyğəmbərlərə göndərilməyən, fərqli inanc, müxtəlif tapınma sistemləridir. Belə dinlərə misal üçün, buddizmi, zərdüştlüyü, şintoizmi və sairəni göstərmək olar.
Müqəddəs Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Müqəddəs Məryəm
Məryəm (həmçinin Bakirə Məryəm, Tanrının anası, Madonna və s.) — İsa Məsihin anası. Məryəm barəsində əsas mənbə - "Məryəmin doğulması haqqında kitab"dır (sonrakı adı "Kiçik Yaqubun İlkincili"). Bu kitaba görə Məryəm padşah Davud qəbiləsindən gəlir. Onun valideynləri İoakim və Annadır.
Müqəddəs Neymətov
Müqəddəs Nikolay
Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır. O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı. Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
Müqəddəs Nino
Müqəddəs Nino(gürc. წმინდა ნინო, ts'minda nino; erm. Սուրբ Նունե, Surb Nune; yun. Αγία Νίνα Agía Nína; bəzən Müqəddəs Nyun və ya Müqəddəs Nini də deyilir; 296, Kappadokiya, Mərkəzi Anadolu regionu – 27 yanvar 335, Bodbe monastırı, Kaxetiya)- Gürcüstanda xristianlığı təbliğ edən, İberiyanı xristianlaşdıran, Həvarilərə Bərabər və Gürcüstanı Aydınladan kimi titulların sahibi dindar qadın. Bir sıra tarixi məlumatlara görə o, Kappadokiyanın Kolastra şəhərindən olan yunan dilli Roma ailəsinə mənsub idi. Bəzi mənbələr onun Müqəddəs Georginin qohumu olduğunu iddia edir. Başqa mənbələrdə onun Romadan, Qüdsdən və ya Qauldan (müasir Fransa) olduğu iddası öz əksini tapır. Uşaq yaşlarında betlehəmli rahibə Nifora-Sarah tərəfindən dini dərslər aldı. Böyüdükçə Qüds patriarxı əmisi Ninonun dini təhsil-tərbiyəsinə nəzarət edirdi. Əmisinin köməyiylə Nino Romaya gəldi və burada İberiyada xristianlığı təbliğ etməyə qərar verdi.
Müqəddəs Nizə
Müqəddəs Nizə, Longinus Nizəsi (Müqəddəs Longinusun adına görə) və ya Taleyin Nizəsi kimi də tanınan bu nizə, əfsanəyə görə İsa çarmıxa çəkildiyi zaman çarmıxdan asılmış olduğu halda bədənini deşmiş nizədir . İncildə deyilir ki, romalılar İsanın ayaqlarını sındırmağı planlaşdırırdılar, bu, çarmıxa çəkilmə zamanı ölümü sürətləndirmək üsulu olan crurifragium adlanan bir təcrübə idi. Şənbə günü ərəfəsi olduğu üçün (cümə günü gün batımından şənbə günü batana qədər) İsanın davamçıları Şənbə qanunlarına görə onu "qəbrə basdırmalı" idilər. Onlar bunu etməzdən əvvəl İsanın artıq öldüyünü və onun ayaqlarını sındırmaq üçün heç bir səbəb olmadığının fərqinə vardılar. Onun öldüyünə əmin olmaq üçün Roma əsgərlərindən biri nizə ilə onun böyrünü deşdi və dərhal qan və su çıxdı.
Müqəddəs Origen
Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. == Həyatı == Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Müqəddəs Pantaleon
Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs. == Həyatı == Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir. Sonradan imperator Maksimianın da həkimi olmuşdu. Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı. == Şəhadəti == Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı.
Müqəddəs Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Müqəddəs Petrus
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Müqəddəs Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Müqəddəs Qriqoris
Müqəddəs Qriqoris (erm. Գրիգորիս Աղվանացի, 302, Kayseri – 335 və ya 330, Dərbənd) — ənənəvi olaraq Alban Həvari Kilsəsinin katolikoslarından biri qəbul edilən, Parfiya mənşəli din xadimi. Erməni Həvari Kilsəsinin müqəddəsi sayılır. == Həyatı == Qriqoris IV əsrin əvvəllərində, indiki Kayseridə — o zamanlar Caesaria Mazaca adlanan şəhərdə doğulmuşdu. Babası Müqəddəs I Qriqori, atası Müqəddəs I Vrtanes və qardaşı Müqəddəs I Husik Erməni Qriqorian Kilsəsi katolikosu olmuşdular. Əslən parfiyalı idi. Bir ənəyə görə babası Qriqori tərəfindən, başqa bir ənənəyə görə isə əmisi Aristakes tərəfindən hələ 15 yaşında təqdis edilərək dini fəaliyyətə başlamışdı. O, Albaniya kralı Urnayr dövründə xidmət edən Albaniyanın ilk katolikosu olan Satalalı Tomasın varisi hesab olunur. Ənənəvi olaraq o, həm də Zəkəriyyə və Müqəddəs Pantaleonun qalıqlarını Tsri şəhərində (müasir Bərdə yaxınlığında) tikilmiş kilsəyə gətirməsi ilə tanınır. Mxitar Qoşun Alban salnaməsində onun adı Katolikos Lazardan sonra, 8-ci yerdə çəkilir.
Müqəddəs Qədirov
Müqəddəs Qədəh
Müqəddəs Qədəh — Xristian mifologiyasına görə İsa Məsihin Sonuncu şam yeməyi zamanı istifadə etdiyi və hansiniki Arifmeyli Yusif Məsihin qanını yığdığı qədəh.
Müqəddəs Ruh
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti. Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu". Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Müqəddəs Xristofor
Müqəddəs Xristofor (q.yun. Άγιος Χριστόφορος, Agios Hristoforos) — əfsanəyə görə zaman səyyahlarına kömək edən papaz. == Haqqında == Xristianlıqda müqəddəs qəbul edilən Xristofor günlərin birində bir uşağa çayı keçməkdə kömək edir. Belində daşıdığı uşağın çəkisi getdikcə artanda, Xristofor uşağın kim olduğunu öyrənmək istəyir. İlahiyyatçılara görə Xristofor həmin anda dünyanın yükünü öz çiyinlərində hiss edirdi. Həmin uşaq İsa idi. Bu əfsanəyə görə "daşıyıcı" mənasında Xristofor adını almışdır. == Anım günləri == Xristoforun Avropa Katolik kilsəsində 25 iyul anım günüdür. Xristoforu protestantlar isə 24 iyulda anır. == Mənbə == Michael Schneider: Die Christophorus-Legende in Ost und West: das Leben aus dem Glauben und seine bildhafte Darstellung in der frühchristlichen und abendländischen Tradition.
III Ferdinand (Müqəddəs Roma imperatoru)
III Ferdinand (13 iyul 1608[…], Qrats – 2 aprel 1657[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası imperator II Ferdinand, anası isə Bavariyalı Anna Mariyadır. Bəstəkar olaraq bilinən ilk Habsburq monarxıdır. == Mənbə == Hengerer, Mark (2012). Kaiser Ferdinand III. (1608–1657): Eine Biographie (in German). Wien — Köln — Weimar: Böhlau Verlag. ISBN 978-3-205-77765-6 Höbelt, Lothar (2008). Ferdinand III. (1608–1657). Friedenskaiser wider Willen (in German). Graz: Ares Verlag.
II Ferdinand (Müqəddəs Roma imperatoru)
II Ferdinand (9 iyul 1578[…], Qrats – 15 fevral 1637[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariyalı Anna Mariyadır qatı katolik olan valideynləri lüteran zadəganlardan uzaq tutmaq məqsədilə onu 1590-cı ildə İnqolştadtda təhsil almağa yolladılar. Ancaq həmin ilin iyulunda atası vəfat etdi və 12 yaşlı Ferdinand Avstriya hersoqluğuna yüksəldi. Övladı olmayan əmisi oğlu Müqəddəs Roma imperatoru II Rudolf o illərdə Habsburq ailəsinə rəhbərlik edirdi və Avstriya torpaqları onun tərəfindən təyin edilən naiblər tərəfindən idarə edildi. Ferdinand 1596-cı ildə rəsmi hakimiyyəti ələ aldı və Osmanlılarla davam edən müharibədə bölgənin müdafiə işləriylə məşğul olmağa başladı. Bundan başqa bölgədəki dini gərginliyi azaltmaq məqsədilə 1598-ci ildən etibarən sərt tədbirlər aldı. İlk növbədə bütün protestant alimlər və müəllimlər sürgün edildi, daha sonra katolik inancını dəstəkləyən dini komissiyalar təşkil etdi. II Rudolf və qardaşı Matvey arasında gedən taxt mübarizəsinin başlanğıcında, Ferdinand Matveyi dəstəkləyirdi. Ancaq onun sonrakı illərdə Macarıstan, Bohemiya və Avstriyadakı protestantları dəstəkləməsi ikili arasındakı münasibətləri pisləşdirdi. == Mənbə == Kontler, László (1999).
II Rudolf (Müqəddəs Roma imperatoru)
II Rudolf (18 iyul 1552, Vyana – 20 yanvar 1612[…], Praqa, Bohemiya tacı torpaqları[d]) — Müqəddəs Roma imperatoru. == Mənbə == Frucht, Richard C., ed. (2005). Eastern Europe. ABC-CLIO. p. 252. ISBN 978-1-57607-800-6 Wendell E. Wilson, Joel A. Bartsch & Mark Mauthner, Masterpieces of the Mineral World: Treasures from the Houston Museum of Natural Science, Houston Museum of Natural Science Harry N. Abrams/New York, 2004. ISBN 0-8109-6751-0 Simon Winder. Danubia. pp 129–130.
IV Lüdviq (Müqəddəs Roma İmperatoru)
Bavariyalı IV Lüdviq (alm. Ludwig‎; 1 aprel 1282 - 11 oktyabr 1347), Vittelsbax sülaləsindən Müqəddəs Roma İmperatoru idi. Lüdviqin 1314-cü ildə imperator seçilməsi mübahisəli idi, çünki onun Habsburq qohumu Gözəl Fridrix eyni vaxtda ayrı-ayrı kürfürstlər tərəfindən hökmdar seçilmişdi. Lüdviq 1322-ci ildə Müldorf döyüşündə Fridrixi məğlub etdi və nəticədə iki tərəf barışdılar. O daha sonra fransız papa XXII İoanna qarşı çıxdı və kilsədən xaric edildi; Lüdviq də öz növbəsində papanı vəzifədən salmağa və antipapa təyin etməyə cəhd etdi. Lüdviq 1294-1301-ci illərdə böyük qardaşı I Rudolf ilə birlikdə Yuxarı Bavariya hersoqu idi, 1323-cü ilə qədər Brandenburq markqrafı və 1329-cu ilə qədər Reyn qraf-palatini idi və 1340-cı ildə Aşağı Bavariya hersoqu oldu. 1742-ci ilə qədər Almaniyanın hökmdarı olmuş son bavariyalı idi. 1345-ci ildə həyat yoldaşı Marqaret bu torpaqları miras aldıqda o həmçinin Eno, Hollandiya, Zelandiya və Frislandiya qrafı oldu. == Hersoq kimi == Lüdviq 1282-ci ildə Münhendə, Yuxarı Bavariya hersoqu II Lüdviq və Matilda Habsburqun (Almanların kralı I Rudolfun qızı) ailəsində anadan olub. Lüdviqin qismən Vyanada təhsil almasına və 1301-ci ildə Habsburqlu anası və dayısı I Albertin dəstəyi ilə Yuxarı Bavariyada qardaşı I Rudolfun qəyyumu olmasına baxmayaraq, 1307-ci ildə Aşağı Bavariyadakı mülklərinə görə Habsburqlarla münaqişə içində idi.
I Ferdinand (Müqəddəs Roma imperatoru)
I Ferdinand (10 mart 1503[…] və ya 10 mart 1503, Alkala-de-Enares[d], Kastiliya krallığı – 25 iyul 1564[…] və ya 25 iyul 1564, Vyana) — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi. Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi. == Həyatı == Ferdinand babası Ferdinand Katolikin (adını məhz ondan almışdır) sarayında böyümüşdür. İspan dili onun ana dili idi, ispanlar isə onu çox sevirdilər, bu da böyük qardaşı Karlda ona qarşı etibarsızlıq hisslərini oyadırdı. O, Ferdinandı svitasından uzaqlaşdırdı və 1518-ci ilin yazında Niderlanda göndərdi. V Karlın imperator seçilməsindən sonra, sonuncu Vorms reyxstaqında Ferdinandı onun yoxluğunda canişi təyin etdi və onu yeni qurulmuş imperiya hökumətinin başına qoydu. 1521-ci ildə Ferdinand, Çexiya və Macarıstan kralı Layoşun (öz növbəsində Ferdinandın bacısı Mariya ilə evli idi) bacısı Anna Yagellonka ilə evləndi.
I Fransisin müqəddəs ailəsi (Rafael)
X Leonun iki kardinalla portreti (it. Sacra Famiglia di Francesco I) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
I Jozef (Müqəddəs Roma imperatoru)
I Jozef (26 iyul 1678[…], Vyana – 17 aprel 1711[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası İmperator I Leopold və anası isə onun üçüncü xanımı Eleonora Maqdalenadır. Atasının İspaniya taxtı uğrunda Fransa kralı XIV Lüdoviklə girişdiyi taxt mübarizəsini davam etdirən Jozef qardaşı Karlın taxt iddiasını davam etdirsə də, bu cəhdləri heç bir nəticə vermədi. == Mənbə == David Crowe (2004): A History of the Gypsies of Eastern Europe and Russia (Palgrave Macmillan) ISBN 0-312-08691-1 p. XI p. 36–37 Eder, Karl (1961), "Ferdinand III.", Neue Deutsche Biographie (in German), vol. 5, Berlin: Duncker & Humblot, pp. 85–86 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
I Leopold (Müqəddəs Roma imperatoru)
I Leopold (9 iyun 1640[…], Vyana – 5 may 1705[…], Vyana) — Müqəddəs Roma imperatoru. 46 il 9 ay davam edən səltənətiylə Habsburq sülaləsinin ən uzun müddət taxtda qalan monarxıdır. İmperator III Ferdinand və onun ilk xanımı Mariya Annanın ikinci oğlu olan Leopold, böyük qardaşı Ferdinandın ölümünün ardından 1654-cü ildə taxtın varisi oldu. Atasının ölümünün ardından keçirilən seçimlərdə qalib gəldi və 1658-ci ildə Müqəddəs Roma imperatoru seçildi. Onun səltənəti Osmanlı imperiyası ilə gedən müharibə və uzaq qohumu olan Fransa kralı XIV Lüdoviklə olan çəkişmələri ilə bilinir. 10 il davam edən müharibənin ardından şərq cəbhəsində qələbə qazandı və bağlanan Karlovitsa sülhüylə, 1526-cı ildən bəri Osmanlı idarəsində olan Macarıstan krallığının, demək olar ki, tamamilə geri aldı. == Mənbə == O'Connor, John T. (1978). Negotiator out of Season. Athens, GA: University of Georgia Press. ISBN 0-8203-0436-0 Mckay, Derek (1997).
I Maksimilian (Müqəddəs Roma İmperatoru)
Habsburqlu I Maksimilian (22 mart 1459, Viner-Noyştadt[d], Müqəddəs Roma imperiyası – 12 yanvar 1519[…]) — Müqəddəs Roma İmperatoru. 1493-cü ildən ölümünə qədər hakimiyyətdə olmuş, müharibələr və nikah diplomatiyası nəticəsində Habsburq sülaləsinin nüfuzunu xeyli artırmışdır. == İlk illəri == Maksimilian Müqəddəs Roma imperatoru III Fridrixlə (1415–1493) portuqaliyalı Eleanoranın oğludur. Atası 1440-cı ildə Alman kralı, 1452-ci ildə Müqəddəs Roma İmperatoru olmuşdur. Bundan əlavə Avstriya hersoqu olan atası oğlunun təhsilinə xüsusi əhəmiyyət verirdi. Maksimilian 1477-ci ildə Burqundiya hersoqu Pis Karlın yeganə qızı Burqundiyalı Merrylə evlənərək, 1477-ci ildə, Nansi döyüşündə Fransa kralı XI Lüdovikə (1423–1483) məğlub olaraq, öldürülən qayınının ardından Burqundiya hersoqu oldu. Həyat yoldaşından, sonradan imperator olan V Karlın atası olan Yaraşıqlı Flipp, Avstriyalı Marqaret və kiçik yaşda ölən Frans adlı 3 uşağı olan Maksimilian, yoldaşının 1482-ci ildə ölməsindən sonra Burqundiya hersoqu ünvanını itirdi. Ancaq vaxtı ilə qayınatası Pis Karlın ələ keçirdiyi Burqundiya Flandriyasını qorumağı bacardı. Atası III Fridrix tərəfindən vəkil elan edildi və atası ölənə qədər bu ünvanını qorudu. 16 fevral 1486-cı ildə Roma kralı (Rex Romanorum) elan edilən Maksimilian, Flandriyanı oğlu Flippə verdi.
Karapi Müqəddəs Georgi kilsəsi (Kldisubani)
Karapi Müqəddəs Georgi kilsəsi (gürc. კლდისუბნის წმ. გიორგის ეკლესია) – Qədim Tbilisinin ən qədim rayonlarından biri olan Kldisubani ərazisində yerləşən Gürcü pravoslav kilsəsi. Kilsə, 1991-ci ilə kimi Erməni Həvari kilsəsinə aid olmuş, sonradan isə Gürcü pravoslav kilsəsinə verilmişdir. Qomi küçəsindən kilsənin şimal-şərq tərəfinə pilləkən qalxır. == Tarixi == Kldisubanidəki Müqəddəs Georgi kilsəsinin inşa edildiyi dağlıq yamac ərazisində, kilsənin inşasına qədərki dövrdə 1600-cü ildə qədim kafedral mövcud olmuşdur. Müasir kilsə binası Petros Zöhrabyan və onun həyat yoldaşı Lalitanın maddi vəsaiti hesabına inşa olunmuşdur. XIX əsrdə kilsə əsaslı təmir olunmuş və bu zaman onun memarlığına zəng qülləci və günbəz əlavə edilmişdir. Bu restavrasiya işlərini göstərən elementlərdən biri də daş hörgü arasına qatılmış kərpic sıralarıdır. Bu zaman kilsənin fasadı kərpicdən hörülmüş romb və xaç dekorları ilə bəzədilmişdir.
Kiyev Müqəddəs Vladimir Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Köhnə Müqəddəs Pyotr bazilikası
Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. == Tarixi == Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir. Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar. Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular. Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.
Madonna saqqalsız Müqəddəs Cozeflə (Rafael)
Madonna saqqalsız Müqəddəs Cozeflə (it. Sacra Famiglia con san Giuseppe imberbe) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-cı ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna saqqalsız Müqəddəs Cozeflə" əsəri hal-hazırda Rusiyada, Sankt-Peterburq şəhərində, Ermitajda saxlanılır.
Matvey (Müqəddəs Roma imperatoru)
Matvey (24 fevral 1557, Vyana – 20 mart 1619[…], Vyana) — Müqəddəs Roma imperatoru. == Mənbə == Stephens, Henry Morse (1903). The story of Portugal. G. P. Putnam's Sons. pp. 125, 139, 279. ISBN 9780722224731 Zbigniew Rau; Przemysław Żurawski vel Grajewski; Marek Tracz-Tryniecki (31 March 2016). Magna Carta: A Central European perspective of our common heritage of freedom. Routledge. pp.
Müqəddəs Ailə kilsəsi
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi == Tarixi == İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Müqəddəs Akvinalı Foma Universiteti
Müqəddəs Akvinalı Foma Universiteti (lat. Pontificia Universitas Studiorum a Sancto Thoma Aquinate) — İtaliyanın Roma şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1222-ci ildən başlayır. 1577-ci ildə isə kollec kimi açılmışdır. Bu təhsil müəssisəsi 26 may 1727-ci ildən XIII Benedikt tərəfindən universitet elan edilmişdir. == Məşhur məzunları == 1948-ci ildə bu universitetdə II İoann Pavel doktorluq dissertasiyası müdafiə etmişdir.
Müqəddəs Aleksandr Nevski kilsəsi (Novoçerkassk)
Müqəddəs Aleksandr Nevski kilsəsi (rus. Церковь Святого благоверного князя Александра Невского) — Rusiya, Rostov vilayətinin Novoçerkassk şəhərində pravoslav kilsəsi. Aleksander Nevski kilsəsi neo-Bizans üslubunda inşa edilmişdir. Kilsə 1500 nəfəri yerləşdirə bilər. == Tarix == 1805-ci ildə Novoçerkassk kafedralı qurulandan sonra, Voronej və Çerkasi Yepiskopu tərəfindən yeni bir Alexander Nevski Kilsəsinin inşası üçün şəhərdə bir yer müqəddəs edildi. Zamanla, məbədin inşası üçün yer dəyişdirildi və yenidən keşiş Vasili Rubaşkin tərəfindən təqdis edildi. Əvvəlcə kilsə memar Lavopier layihəsi əsasında ağacdan inşa edilmişdir. 29 iyun 1810-cu ildə memar Aleksey Oridovski taxta kilsəni Müqəddəs Aleksandr Nevskinin adına müqəddəs etdi. 1822-ci ildə kilsəyə eyni il 26 oktyabrda keşiş Yaqub Merhalev tərəfindən təqdis edilən Müqəddəs Böyük Şəhid Paraskeva adına bir ibadətgah bağlandı. 1827-ci ildə ataman Kuteynikov Novoçerkasskda Aleksander Nevskinin taxta kilsəsinin yerinə daş kilsə tikməyi təklif etdi.
Müqəddəs Aleksandr Nevski nişanı
"Müqəddəs Aleksandr Nevski" ordeni (Rusca: орден Святого Александра Невского / Orden Svyatoqo Aleksandra Nevskovo) ilk dəfə 1725-ci ildə Rus çariçası I. Yekaterina tərəfindən verilməyə başlanıb.
Müqəddəs Aleksandr Nevski ordeni
"Müqəddəs Aleksandr Nevski" ordeni (Rusca: орден Святого Александра Невского / Orden Svyatoqo Aleksandra Nevskovo) ilk dəfə 1725-ci ildə Rus çariçası I. Yekaterina tərəfindən verilməyə başlanıb.
Müqəddəs Ancelo qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Müqəddəs Anna ordeni
Müqəddəs Anna ordeni — 1735-ci ildə təsis edilmiş Rusiya imperiyasının ali mükafatı. == Xarici keçidlər == (rus.) Order of St. Anna Arxivləşdirilib 2008-11-07 at the Wayback Machine (rus.) History of the order of St.
Müqəddəs Anna qalası
Müqəddəs Anna qalası —  abidə Rostov vilayəti Staroçerkassk şəhəri ərazisində yerləşir. Üstəlik Staroçerkassk muzey-qoruq komplesinin filialını təşkil edir. Rusiya imperiyasına məxsus olan XVIII əsrə əsas istinadgah məntəqələrindən biri. == Tarixi == Müqəddəs Anna qalası qalasının inşasına 1730-cı ildə başlanılmışdır. Bu qala növbəsi ildə tam hazır vəziyyətə gətirilmişdir. Qalanının tikintisi Rusiya imperatriçası Anna İoannovnanın əmri ilə həyata keçirilmişdir. Qəsrin tikintisi zamanı Vasilev kurqanlarının qruntundan istifdə edilmişdir. Bir müddət qala rusiyanın varpostu olmuşdur. Qala Rusiya imperiyasının cənub torpaqlarına nəzarəti həyata keçirmək və kazak dəstələrini diqqətdə saxlamaq məqsədinə xidmət edirdi. Müəyyən dövrdən sonra Müqəddəs Anna qalası Dimitri Rostovski qalasına öz əhəmiyyətinə görə uduzmağa başlamışdı.

Digər lüğətlərdə