MÜRƏKKƏB₁

sif. [ ər. ]
1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə.
– Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq.

// İbarət, əmələ gələn, düzəlmiş, təşkil edilmiş.
İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. M.S.Ordubadi.

2. Tərkibini təşkil edən hissələrinə, ünsürlərinə, əlaqələrinə, münasibətlərinə görə çox müxtəlif olan; çoxcəhətli. Mürəkkəb elmi məsələ. Mürəkkəb problemlər.
// Müxtəlif, bəzən də zidd xüsusiyyətləri, cəhətləri özündə birləşdirən (insanın daxili aləmi, hissləri haqqında). Mürəkkəb xasiyyət. O çox mürəkkəb adamdır.
3. Quruluşuna, şəklinə, formasına görə çətin başa düşülən; müəmmalı. Mürəkkəb ornament.
4. Başa düşülməsi, qavranılması, yerinə yetirilməsi, həlli və s. cəhətdən çətinlik törədən; çətin. Mürəkkəb sual. Mürəkkəb əməliyyat.
– Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜRƏKKƏB 1. MÜRƏKKƏB Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmaq istədi (A.Şaiq); ÇERNİL (dan.) Qoyuram qənşərimə kağızimi, çernilimi; Gəlirəm yazmağa bir kə
  • MÜRƏKKƏB çətin — dolaşıq — qarışıq

Omonimlər

  • MÜRƏKKƏB MÜRƏKKƏB I is. [ ər. ] Yazı yazmaq üçün işlədilən rəng. Qurumuş mürəkkəb qabına samovarın qırnasından su süzüb, bir kitabın arasından qələmi tapıb çıx

Antonimlər (əks mənalı sözlər)

  • MÜRƏKKƏB MÜRƏKKƏB – ASAN Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim (M

Etimologiya

  • MÜRƏKKƏB Yazı yazmaq üçün işlətdiyimiz vasitəyə bizdə qara deyiblər (ağ kağıza yaz qara). Maraqlıdır ki, rus dilindəki чернила sözü də qara anlamı ilə bağlıdır
MÜRƏKKƏB₂
MÜRƏKKƏBQABI

Digər lüğətlərdə