1. Hər hansı bir dünyagörüşünə əsaslanan əqidə, məfkurə, amal.
Məsləkim, şüarım ucadan uca; Mən getdim, yoldaşlar, gəlin arxamca!
2. Etiqad, məzhəb, inam.
[Şeyx Sənan:] Kimsiniz? Məsləkü təriqətiniz; Nə imiş? Söyləyin, rica edəriz.
□ Məslək(imiz) haqqı – andiçmə məqamında işlədilir.
[Musanın nəvəsi] artıq hər dəfə and içəndə daha “məsləkim haqqı” deməyirdi.
[Yarməmməd:] Məsləkimiz haqqı, mən şəxsi tənqidi sevirəm.
// köhn. Hər bir şəxsin özü üçün seçmiş olduğu yol, xəttihərəkət, istiqamət.
3. İstək, arzu, dilək mənasında.
Könlümdə gül, çiçək açdı; Bir məsləkim, min diləyim.