MANJÉT

[ fr. ]
1. Paltarın qoluna qoyulan və ya onun özündən qatlanmış hissə; qolağzı.
[Musanın nəvəsi] qolunu bir az yuxarı sıyırdı ki, manjetinin düymələri parıldasın və qolundakı saat görünsün. Qantəmir.

2. tex. Porşenli nasoslarda mayenin və ya qazın sızmasının qarşısını almaq və boruların başlarını bir-birinə bənd etmək üçün halqa. Nasosun manjetini dəyişmək. Borunun manjetini bərkitmək.
MANİVELA
MANJETLİ
OBASTAN VİKİ
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. == Funksiyası == Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10-15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.

Digər lüğətlərdə