MASK

mask1

n 1. maska, pərdə; to do smth. under the ~ of a (the) friendship dostluq pərdəsi altında iş görmək; to throw off one’s ~ maskasını çıxartmaq, özünün əsl niyyətini büruzə vermək

mask2

v 1. maska geymək / taxmaq; 2. məc. maskalamaq; ört-basdır etmək; to ~ one’s enmity under an appearance of friendliness dostluq pərdəsi altında öz düşmənçiliyini maskalamaq / ört-basdır etmək

MASHER
MASKED
OBASTAN VİKİ
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu. Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Elon Mask
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — biznesmen və investor. O, SpaceX-in qurucusu, prezidenti, baş icraçı direktoru (CEO) və baş texnologiya direktoru (CTO), Tesla şirkətinin mələk investoru, CEO-su, məhsul memarı və eks-prezidenti, X Corp. şirkətinin sahibi, idarə heyətinin sədri və CTO-su, The Boring Company və xAI-nin təsisçisi, Neuralink və OpenAI-nin həmtəsisçisi və Mask fondunun prezidentidir. Dünyanın ən varlı insanlarından biridir. "Forbes" jurnalının 2024-cü il aprel ayına olan məlumatına görə, xalis sərvətinin 196 milyard ABŞ dolları olduğu təxmin edilir. Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı.
Kimbal Mask
Kimbal Mask (ing. Kimbal Musk; 20 sentyabr 1972, Pretoriya, Cənubi Afrika) cənubi afrikalı restoran meneceri, baş aşpaz və sahibkardır. Bir çox filialı olan The Kitchen Restaurant Group-un sahibidir. Qeyri-kommersiya təşkilat olan Big Green-in həmtəsisçisi və prezidentidir. Həmçinin dizayn şirkəti Square Roots-un həmtəsisçisi və prezidentidir. Kimbal hal-hazırda Tesla Motors və SpaceX-in idarə heyətində yer alır. Milyarder sahibkar İlon Maskın kiçik qardaşı və Tesla-nın irihəcmli səhmdarıdır. 1995-ci ildə qardaşı İlon ilə birlikdə Zip2-ni qurmuşdular. Kimbal qardaşı İlon, bacısı Toska və bir neçə qohumu ilə birlikdə böyüdü. Anası Mey Mask diyetaloq və model, atası Errol Mask isə mühəndis idi.
Mey Mask
Mey Mask (ing. Maye Musk, qız adı-Haldeman; 19 aprel 1948, Recayna[d]) — Kanada-Cənubi Afrika modeli və dietoloqu.Həmçinin İlon Mask, Kimbal Mask və Toska Maskın anası.50 il model olaraq Time jurnalı sağlamlıq nəşri, Qadınlar Günü və Vogue da daxil olmaqla məşhur jurnalların üz qabığında yer aldı.New York Post, öz-özünə şöhrət qazandığını bildirərək onun "öz başına bir ulduz" olduğunu elan etdi. Maye Haldeman 19 aprel 1948-ci ildə Kanadanın Saskaçevan vilayətinin Regina şəhərində əkiz və beş uşaqdan biri olaraq anadan olmuşdur. Ailəsi 1950-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərinə köçüb. Valideynləri Uinnifred Jozefin Fletşer və həkim-terapevt və həvəskar arxeoloq Dr. Joşua Norman Haldeman macəraçı idilər və ailə 1952-ci ildə dünya ətrafında uçdu. Ailəsi Kalaharinin itirilmiş şəhərini tapmaq üçün Kalahari səhrasında on ildən çox vaxt sərf etdi. Valideynləri Meyə slayd şoular göstərir və səyahətləri haqqında danışırdılar. Xanım Mask ailsi haqqında demişdir: "Valideynlərim çox məşhur idilər, lakin heç vaxt snob olmamışdılar". Haldeman 1969-cu il Miss Cənubi Afrika gözəllik müsabiqəsinin finalçısı olmuşdur.
Taksedo Mask
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir. Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır. Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər.
Toska Mask
Toska Mask (ing. Tosca Musk; 20 iyul 1974, Cənubi Afrika) — cənubi afrikalı və kanadlı film prodüseri. Toska sahibkar İlon və Kimbal Maskın bacısı, Mey Maskın isə qızıdır. Maskın ekiz uşaqları var.
İlon Mask
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — biznesmen və investor. O, SpaceX-in qurucusu, prezidenti, baş icraçı direktoru (CEO) və baş texnologiya direktoru (CTO), Tesla şirkətinin mələk investoru, CEO-su, məhsul memarı və eks-prezidenti, X Corp. şirkətinin sahibi, idarə heyətinin sədri və CTO-su, The Boring Company və xAI-nin təsisçisi, Neuralink və OpenAI-nin həmtəsisçisi və Mask fondunun prezidentidir. Dünyanın ən varlı insanlarından biridir. "Forbes" jurnalının 2024-cü il aprel ayına olan məlumatına görə, xalis sərvətinin 196 milyard ABŞ dolları olduğu təxmin edilir. Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı.
Mask ailəsi
Mask ailəsi (ing. Musk family) — əsasən ABŞ və Kanadada fəaliyyət göstərən CAR əsilli ailə. Mask ailəsi ingilis, anql-kanadalı, Pensilvaniya almanı və isveçrəli mənşəlidir. Ailə sahibkarlıq təşəbbüsləri ilə tanınır. "Bloomberg Billionaires Index"in verdiyi məlumata görə, İlon Mask 2023-cü ildə təxminən 232 milyard ABŞ dolları xalis sərvət ilə dünyanın ən varlı şəxsi olmuşdur. İlon Maskın ata tərəfdən nənəsi holland, ana tərəfdən nənəsi və babasından biri isveçrəlidir. Ata tərəfdən nənəsi Liverpullu ingilis, ata tərəfdən babası isə CAR-lıdır. Ana tərəfdən babası CAR və Kanadada yaşamış səyyahlardır. İlon Maskın atası Errol Mask cənubi afrikalı keçmiş elektrik və mexaniki mühəndəs məsləhətçisi və əmlakçıdır. 1980-ci illərdə bir müddət zümrüd işi ilə məşğul olmuşdur və Cənubi Afrika Mütərəqqi Federal Partiyasının üzvüdür.
Bulbophyllum maskeliyense
Bulbophyllum maskeliyense (lat. Bulbophyllum maskeliyense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cuzeppe Maskati
Cuzeppe Maskati (it. Giuseppe Moscati; 25 iyul 1880 — 12 aprel 1927) — Roma-Katolik kilsəsi tərəfindən ölümündən sonra müqəddəs kimi xeyir-dualanmış, italyan həkimi, alimi, Neapol xəstəxanasının baş həkimi, Neapol universitetinin professoru. Cuzeppe Maskati 25 iyul 1880-ci ildə Kampaniya (İtaliya) regionunun Benevento şəhərində çoxuşaqlı imkanlı bir ailədə (doqquz uşaqdan altıncısı) dünyaya gəlmişdir. Onun atası adlı sanlı vəkil olmuşdur. O, 4 yaşındaikən ailəsi Neapola köçür və o, ömrünün axırına qədər orada yaşayır. 1889-cu ildə Viktor Emmanuil litseyinə daxil olaraq, sonra Neapl universitetinin tibb fakultəsində təhsil almış, 1903-cü ildə doktor dərəcəsilə onu bitirmişdir. Neapol xəstəxanasında praktika keçməyə başlayır. 1906-cı ildə Vizuvi vulkanının püskürməsi zamanı ona Torro-del-Qreko xəstəxananın evakuasiyasını tapşırırlar. O, öz həyatını təhlükəyə ataraq bütün xəstələri xilas edir. 1908-ci ildə onu Neapol universitetinin fizioloji kimya kafedrasına assistent təyin edirlər.
Cərrahi maska
Cərrahi maska ― Tibbi üz maskası olaraq da bilinən bir maska.Səhiyyə işçiləri tərəfindən səhiyyə prosedurları zamanı istifadə edilmək üçün hazırlanmışdır. İstifadəçinin ağzından və burnundan maye damcı və aerozollara tökülən bakteriyaları tutaraq xəstələrdə və müalicə işçilərində infeksiyaların qarşısını almaq üçün hazırlanmışdır.
Hippokrat maskası
Hippokrat maskası (lat. facies Hippocratica) — qarın boşluğu orqanlarının ağır xəstəliyi, orqanizmin tükənməsi, xroniki yuxusuzluğun əlamətidir. Ölümün yaxınlaşdığını bildirən əlamətlərdən biri hesab olunur.Əsas əlamətləri: batıq gözlər,solmuş yanaqlar, soyuq tərlə örtülmüş göyümtül-solğun dəri.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Maska (film, 1994)
Maska (ing. The Mask) — Çak Rassellin rejissorluğu ilə 1994-cü ildə çəkilmiş amerikan superqəhrəman filmi. Film Dark Horse Comics tərəfindən nəşr olunan "Maska" komiksi əsasında çəkilmişdir. Ssenari müəllifləri Maykl Fellon və Mark Veraydendir. Bu "Maska" seriyasının ilk filmidir. Baş rolları Cim Kerri, Piter Riqert, Piter Qrin, Emi Yazbek, Riçard Ceni və Kameron Diaz canlandırır. Kerri sehrli bir maskanı tapan bank məmuru Stenli Epkessin rolunu canlandırır. Maska, nadinc bir obraz kimi təsvir olunur. Sonra o supergücləri ilə superqəhrəman olur, lakin Qanqster Doryan Tayrell, maskadan istifadə etmək niyyətində olduqda mafiya tərəfindən onun qəhrəmanlığı sonlandırılır. Film 29 iyul 1994-cü ildə New Line Cinema tərəfindən buraxılıb və ticari bir uğur qazanıb.
Maska (informatika)
Maska(ing. mask, rus. маска) — Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT). Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maskalı alabayquş
Maskalı alabayquş (lat. Phodilus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinə aid heyvan cinsi. Bu cinsə 2 növ daxildir və bu növlərə yalnız Cənub-Şərqi Asiyada rast gəlinir.
Maskalı beşlər
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər: Kipr (film, 2008)
Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi. Baş rollarda Mehmet Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir. Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar. Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Mehmet Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.
Maskalı beşlər: İraq (film, 2006)
Maskalı beşlər: İraq — Murad Aslanın rejissoru olduğu, 2006-cı ildə çəkilən Türkiyə komediya filmi. Kərkük-Yumurtalıq Neft Boru xətti işləmir. ABŞ ordusu İrak neftini ayrı xətlə öz xeyrinə daşıyır. Bu məsələ beş türk gəncini düşündürür. Bu xətti bərpa etsinlər, əvəzində İstanbulun ən yaxşı məhəllələrində benzindoldurma məntəqəsi açsınlar. Sən saydığını say...
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Maskalı göydimdik
Maskalı göydimdik (lat. Nomonyx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Maskalı iquanlar
Maskalı iquanlar (lat. Leiocephalidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Maskan adası
Maskan adası (ərəb. مسكان‎) — Küveytə məxsus olan, yaşayışı olmayan adada. Bubiyan adasından cənubda yerləşir. 1932-ci ildə İraqla sərhədlərin demarkasiyası haqqında imzalanmış müqaviləyə əsasən Küveytə məxsusdur. Ada 1,2 km uzunluğa, 800 metr enə və 0,75 km² sahəyə malikdir. Sahəsinə görə Küveytin Bubiyan, Faylaka, Varba adalarından sonra 4-cüdür. Faylaka adasından şimal-şərqdə yerləşir və ondan 3,2 km aralıdadır. Ada ilə Əs-Sabiyə burnu arasında məsasfə 8 km-dir. Adanın cənub-qərbində, metal dirəklərdən ibarət olan 11 hündürlüyü olan mayak sahibdir. Mayak hər 30 saniyədən dörd ağ işıq saçır.
Maskanın etirafları
Maskanın etirafları (yap. 假面の告白) — Yaponiya yazıçısı Yukio Mişimanın debüt romanı. "Qızıl məbəd" romanı ilə yanaşı yazıçının yaradıcılığının zirvəsi hesab edilir. 1949-cu ildə nəşrindən sonra iyirmi dörd yaşlı Mişima şöhrət qazanmışdır. Avtobioqrafik roman yapon oxucuları tərəfindən birmənalı qarşılanmamışdır: bir tərəfdən romanın mətnində əsas qəhrəmanın daxili aləminin təsviri zamanı sarsıdıcı açıqlığa yer verilmiş, digər tərəfdən yazıçı söz sənətinin mahir bələdçisi olduğunu göstərmişdir. Əsas qəhrəman romanda Koçan kimi qeyd edilir. O, Yaponiyada sağ yönlü militarist imperiya dövründə yaşayır və gənc yaşlarından müharibədə iştirak edir. Mişima kimi Koçan da adi yapon oğlanları ilə müqayisədə daha cılız və zəif fizionomiyaya malikdir və kitabın birinci yarısında (burada əsasən Koçanın uşaqlığı təsvir olunur) intensiv şəkildə yapon cəmiyyətinə uyğunlaşmağa çalışır. Zəifliyi ilə əlaqədar olaraq Koçan həmyaşıdı olan oğlanlardan uzaq gəzir və bu onun üçün normaya çevrilir. Məhz bu onun ölüm, şiddət və seks haqqında gələcək fantaziyalarının yaranmasına gətirib çıxarır.
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Maskaren silsiləsi
Maskaren silsiləsi — sualtı silsilə Hind okeanının qərbində yerləşir. Şimalda Seyşel adalarından Mavriki adasına qədər uzanır. Silsilənin uzunluğu 2000 km, eni 300–400 km, hündürlüyü 1500–4000 m təşkil edir. Ən yaxın adalar olan Mavriki və Mae adaları arasında məsafə 5 km təşkil edir. Bəzi hissələrdə səthdən 200–300 metr, ən azı isə 8 m təşkil edir. Şimalda qranit suxurları üstünlük təşkil edir. Burada Mae və Prasken adaları səthə çıxır. Cənubda isə vulkanik adalara rast gəlinir. Xüsusi ilə atollar üstünlük təşkil edir.
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə (ing. Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future) — 2015-ci ildə nəşr olunmuş, Eşli Vensin yazdığı İlon Maskın bioqrafiya kitabı. Mask kitabda heç bir şeyi dəyişdirməmişdir. Kitab New York Times-da bestseller, Azmazon-da İş dünyası/Sahibkarlıq mövzusunda bestseller və İlin ən yaxşı kitabı, Wall Street jurnalında İlin ən yaxşı iş dünyası kitabı adını qazanmışdır. New York Times: "Kitabın sonlarına doğru oxucu Stiv Cobs ilə İlon Maskı müqayisə etməyə ehtiyac hiss edəcək. Maska fürsət verin. Kimsə onun kimi ola bilməz!" Riçard Brenson (Virgin Group-un təsisçisi): "İlon Maskla çox oxşar tərəflərimiz var: riskə gedən, uğursuzluqlardan qorxmayan və insanlığa parlaq gələcək vermək üçün daima çalışan biri. Eşli Vens Maskın mükəmməl həyat hekayəsini ulduzlarla dolu bir tərcümeyi-halla təqdim edir". Toni Fadel (iPod və iPhone-nun yaradıcısı, Nest Labs-ın baş icraçı direktoru): "Dəfələrlə çətin vəziyyətə düşmüş və köhnə düşüncəli adamlarla mübarizə aparmış, dünyanı dəyişdirməyə çalışan bir adama açıq bir baxış. Bu kitabı oxuyub baxışlarını bir az daha irəliyə yönəltməyən insanlara təəccüb edirəm".Bu rəylərdən əlavə, həmçinin The Washington Post, Wall Street jurnalı, The Guardian, Forbes, Don Qraham, Tayler Kauen, Kreiq Venter, Mark Andressen, Aron Levi də kitab haqda müsbət rəylər yazmışdır.