Türk dillərində ağac or, meşə isə orman (ağac çoxluğu) sözləri ilə ifadə olunub. Bizdəki palıd sözü fars mənşəlidir, palıd sözünün yerinə də meşə sözü işlətmişik. Sonra palıd çox olan yerlərin təsiri ilə orman əvəzinə meşə işlədilib. Qədim türk dillərində meşə yerinə yış sözü işlədilib, yış da yaşıl, yaş sözləri ilə qohumdur. Belə güman etmək olar ki, meşə sözü də yış sözü ilə qohumdur, hətta eyni kökə malikdir. İndi meşə mənasında palıd kəlməsindən istifadə olunmur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)