Mişarburnukimilər
Mişarburnukimi- ''Pristiformes'' balıqların 7 növü vardır. Mişarburun skatların uzunluğu 5–6 m-ə çatır. Bədən üstdən aşağı az yastılaşıb, döş üzgəcləri kiçikdir, qəlsəmə yarıqları başın alt tərəfində yerləşib, qılıncvari burnun yanlarında iri dişlər var, lamisə bığcıqları yoxdur.Burun yastı- uzun, yanları dişçikli (mişaraoxşar) olan bu balıqların 5-6 qəlsəmə yarımı olur. Burunun təxminən ortasında altda bir cür hərəki lamisə bığcığı var.
Tropik və subtropik suların dayazlıqlarında yaşayır, bəzən çayların aşağılarına da gedirlər. Əsasən dib həyatı keçirən bu akulalar yaxşı üzürlər, sürü halında yaşayan balıqlar və onurğasızlarla qidalanır. Yumurtadiridoğandır. Boyca nisbətən kiçik olmalarına baxmayaraq 12-yə qədər bala doğur.
Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224
Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 143.