Abbas Misgərli
Abbas Misgərli (15 may 1915, Salyan, Cavad qəzası – 17 may 1987, Bakı) — azərbaycanlı alim; texnika elmləri doktoru (1956) — professor(1957); Azərbaycan SSR-in Əmək veteranı(1977)
== Həyatı ==
Misgərli Abbas Qulam oğlu 15 may 1915-ci ildə Salyan şəhərində anadan olmuşdur. O 1931-ci ildə Salyan şəhər 4 saylı orta məktəbi bitirib Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsinin Kimya şöbəsinə daxil olmuş, 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1938-ci ilin oktyabr ayından 1941-ci ilin iyun ayına kimi SSRİ Elmlər Akademiyasıın Azərbaycan filialında aspiranturada oxumuş, 1944-cü ilin may ayında dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1953–1956-cı illərdə SSRİ Elmlər Akademiyasında doktorantura təhsili almış, 1956-cı ilin fevral ayında Moskva şəhərində — SSRİ EA-nın Neft İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi almışdır.Ali Attestasiya Komissiyasının (AAK) 3 yanvar 1957-ci il tarixli qərarı iə "kolloid kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.Abbas Misgərli 17 may 1987-ci il tarixdə Bakı şəhərində vəfat edib. Ailəli idi. 2-si qız, 3-ü oğlan olmaqla 5 övladı var.
== Fəaliyyəti ==
Ali təhsilini başa vurduqdan sonra Salyan şəhər Kənd Təsərrüfatı Texnikumuna göndərilmiş, 1935-ci ildən 1938-ci ilədək həmin orta ixtisas təhsili müəssisəsində kimya müəllimi vəzifəsində işləmişdir. 1938-ci ilin sentyabr ayından etibarən Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda işləmişdir.
Böyük Vətən müharibəsi dövründə (1941-ci ilin iyun ayından 1945-ci ilin noyabr ayınadək)sovet ordusu sıralarında kimya qoşun növündə aviasiya hissəsində leytenant rütbəsində kimya xidməti rəisi vəzifəsində xidmət etmişdir.Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan SSR EA-nın Kimya İnstitutuna qayıtmış, əvvəlcə kiçik, sonra isə böyük elmi işçi vəzivəsində çalışmışdır. 1948-ci ildə laboratoriya rəhbəri seçilmişdir.Elmi-tədqiqat fəaliyyəti ilə yanaşıAzərbaycan Neft — Kimya İnstitutunda (indiki Neft Akademiyası), Azərbaycan Dövlət Universitetində və Politexnik İnstitutunda (indiki Texniki Universitet)asissent, dosent, fizika kafedrasında kolloid kimyası üzrə professor vəzifələrində əvəzçilik üzrə işləmişdir.O 1967-ci ildə SSRİ Elmlər Akademiyasının xətti ilə Rumıniyada bir aylıq elmi ezamiyyətdə olmuşdur.Mətbuatda 4 monoqrafiyası, 200-dən çox elmi məqaləsi dərc olunmuşdur.