Murad Asif oğlu Qurbanov (22 mart 1996, Salyan, Azərbaycan — 13 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Murad Qurbanov | |
---|---|
Murad Asif oğlu Qurbanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Hadrut, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Badamdar |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | , , |
Murad Qurbanov 23 mart 1996-cı ildə Salyanda anadan olub. 2002-ci ildə Salyanda 2 saylı orta məktəbin 1-ci sinifinə gedib.[2] Anasının işi ilə əlaqədar olaraq 2-ci sinifə Bakıda 51 saylı orta məktəbdə gedib. Təhsilinə bu məktəbdə davam edib. 2012-ci ildə orta məktəbi bitirib. Maliyyə İqtisad kollecinə daxil olub. Nişanlı idi.[3][4]
Murad Qurbanov 2016-ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murad Qurbanov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. 13 Oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Badamdarda torpağa tapşırılmışdır.[5][6][7][8]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[11]