MUXULLUĞ

(Gədəbəy, Gəncə, Tovuz, Şəmkir)
1. paxıllıq (Gədəbəy, Gəncə) – Muxulluğ elə:n adama çörəx’ haramdı (Gəncə); – Mən muxulluğ-zad bilmənəm, var isdərəm hamıyı (Gədəbəy)
2. səhlənkarlıq (Şəmkir, Tovuz). – Bu muxulluğunnan əl çəx’, xain öküzdər kimi hey yana çəkirsən (Tovuz); – Bizdən salam olsun Həmzə qardaşa, Mənim dayım itif, dayı axtarsın, “Görmədim”, “bilmədim” deməsin haşa, Muxulluğ etməsin, dayı axtarsın (Şəmkir)
MUXUL
MUXUR