MÜRUR

is. [ ər. ]
1. Keçmə, ötmə, keçib getmə (vaxt, zaman haqqında).
□ Mürur etmək – keçmək, ötmək, keçib getmək.
Zaman bir axar çay kimi axır, illər mürur edirdi. C.Cabbarlı.
Əfsus, muradımca mürur etmədi dövran; Saldı məni taxtımdan edib zarü pərişan. Ə.Nəzmi.

Müruri-əyyamla – gün(lər) keçdikcə.
[Vaqif] müruri-əyyam ilə xanimərhumun ən müqərriblərindən birisi olubdur. F.Köçərli.

Müruri-zamanla – zaman keçdikcə, vaxt keçdikcə.
Müruri-zamanla oxlandı, töküldü; Ehramların daşı. O.Sarıvəlli.

2. “ilə” (-la) qoşması ilə – tədriclə, yavaş-yavaş, aramla.
Əkin yerini yaxşılandıran vaxtda səy etmək gərək ki, onu sulayan su bir yerdə dayanmayıb mürur ilə axsın. Əkinçi”.
Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq edən vaxt düşünür(ük). C.Cabbarlı.

MÜRTƏKİB
MÜRÜVVƏT

Digər lüğətlərdə

бе́женцы ефре́йторский кармази́н начёт помале́ньку порва́ться весельча́к зацо́кать моше́ннический неотрази́мый спи́хивание червя́чный чистя́к бревно взлобочек Aine call slip dinner dress flippant miaou unstrikable новомодный окантовка представительство струхнуть