MÜZAKİRƏ

is. [ ər. ] Hər hansı bir məsələ ətrafında müəyyən mülahizə və nəticəyə gələrək qərar çıxarmaq üçün bir yerdə oturub danışıq aparma, fikir mübadiləsi etmə. Dissertasiyanın müzakirəsi.
[Şərif:] Ocaqqulu dayı, onları müzakirədə danışarıq. C.Cabbarlı.
Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn.

□ Müzakirə etmək – hər hansı bir məsələni və ya işi həll etmək və müəyyən qərara gəlmək üçün fikir mübadiləsi etmək. Qərarın layihəsini müzakirə etmək.
– Bu maddələri briqadalardan tutmuş mədənlərə qədər hər yerdə müzakirə ediblər. M.Hüseyn.

Müzakirə olunmaq – haqqında iclasda, müşavirədə və s.-də danışılmaq, fikir mübadiləsi yeridilmək.
Məhsul hazırlığı, taxıl biçini müzakirə olundu. Ə.Vəliyev.

Müzakirəyə qoymaq – müzakirə etmək üçün məsələni iclasa qoymaq.
[Həsənqulu bəy:] Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜZAKİRƏ mübahisə
MÜYƏSSƏR
MÜZARE

Digər lüğətlərdə