MÜƏMMALI

sif. Müəmması olan, aydın olmayan, üstüörtülü, başa düşülməyən, naməlum, sirli, anlaşılmaz, qaranlıq. Müəmmalı söz. Müəmmalı (z.) danışmaq. Müəmmalı iş.
– Qüdrət Lalənin başqa, daha ciddi və müəmmalı bir səbəbdən bu cür tutqunlaşdığını duymamış deyildi. M.Hüseyn.
…Abdulla bu qıza müəmmalı bir meyil salmağa başlamışdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜƏMMALI müəmmalı bax anlaşılmaz
  • MÜƏMMALI sirli — qəribə — çəlpəşik
  • MÜƏMMALI şəkli — şübhəli
MÜƏMMA
MÜƏMMASIZ
OBASTAN VİKİ
Müəmmalı yubiley (film, 2007)
== Məzmun == Film bir istirahət mərkəzində baş verən məzəli əhvalatlardan bəhs edir.
Sirrli və müəmmalı Dədə-Qorqud
Sirrli və müəmmalı Dədə-Qorqud — Bir çox alimlər Nüvə erası başladıqdan sonra Yer üzərində baş vermiş qlobal fəlakətlərin izlərini və onların müxtəlif xalqların eposlarındakı təsvirini öyrənərkən belə qənaətə gəlmişlər ki, uzaq zamanlarda Yerdə qlobal nüvə müharibəsi baş verib. Onlar belə hesab edirlər ki, nüvə silahına ya yerin yox olmuş sivilizasiyasının nümayındələri, ya da başqa planetlərdən gəlmələr sahib olmuşlar. İfrat güclü nüvə fəlakəti haqqında dəlillər bir çox qədim xalqların epos və əfsanələrində var. Bu kitabda məlumatların tədqiqatı aparılıb və belə nəticəyə gəlinib ki, müasir alim fiziklər üçün nüvə partlayışı ən aydın Azərbaycan xalqının qəhrəmanlıq eposu "Kitabi-Dədə Qorqud" un ("Mənim babam Qorqud") ikinci hissəsində təsvir edilib. Əldə olunmuş materialın təhlili belə nəticəyə gəlməyə əsas verir ki, "Mənim babam Qorqudun kitabı" eposunun və ya onun ayrı-ayrı mahnılarının yaranma tarixini yuxarıda gətirilən analoji hadisələrlə əlaqələndirərək, nüvə fəlakətlərini xatırladan fəlakətlərin baş vermə səbəblərinin dərinliklərinə vurmadan ən azı 2000 il əvvələ çəkmək lazımdır.

Digər lüğətlərdə

впе́рить дораста́ть лесоэксплуата́ция нашпиго́вывание порногра́фия рефере́нция браконье́р забетони́ровать иносказа́тельный пло́скость старшекла́ссник капуста advance-guard clencher head-hold mateless penlight smoking car sou грудинка ревностный резко смётка термокамера унылый