MƏCMƏYİ

is. [ ər. ] Mis və ya başqa metaldan düzəldilmiş dairəvi yastı iri qab, iri sini. Mis məcməyi. Naxışlı məcməyi.
– O gənc kişi bir məcməyi və üzərində bir neçə stəkan çay daxil oldu. T.Ş.Simurq.
Gözlərim ixtiyarsız olaraq məcməyidəki şeylərə tərəf çevrildi. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏCMƏYİ məcməyi bax sini
MƏCLİS
MƏCMU
OBASTAN VİKİ
Məcməyi
Məcməyi— dairəvi formalı dayaz mis qab. Alt hissəsi tamamilə naxışsız olan Məcməyinin ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə, içərisi isə zərif həndəsi, nəbati, buta və s. naxışlarla bəzədilir.Əsasən plov, xingal və s. xörəkləri süfrəyə gətirmək üçün istifadə olunur. Azərbaycanda hazırlanmış nəfis məcməyilər xaricdə də şöhrət qazanmışdır. Yaxın Şərq, Zaqafqaziya xalqları arasında da geniş yayılmışdır. == İstinadlar == Azərbaycan Sovet Ensiklopediyası Mis sənət işləri.

Digər lüğətlərdə

арапчо́нок груздо́чек зени́т просла́ивание ра́бий верте́ться диспансе́рный натолка́ть натяну́ть переимено́вывать пыхте́ть разноме́рный реа́л су́мничать хиппо́вый пегас рекогносцировка dissipative dragée fastness microbalance umpirage исконный караимка сближаться