MƏMMƏDHƏSƏN

bax: Məmməd və Həsən.
MƏMMƏDHƏNİFƏ
MƏMMƏDHÜSEYN
OBASTAN VİKİ
Məmmədhəsən Adıgözəlov
Məmmədhəsən Adıgözəl oğlu Adıgözəlov – yüksək ixtisaslı ilk neft buruq ustularından biri, 1906-cı ildən "Hümmət" Sosial-Demokratik partiyasının üzvü, Neft Həmkarlar İttifaqının yaradıcılardan biri, 1907–1911-ci ilə qədər Neft Həmkarları İttifaqının xəzinədarı, 1918-ci ildə Xırdalan Sovetinin Xalq Deputların sədri, 1920–21-ci illərdə Xırdalan İnqilabı Sovetin sədri, Binəqədi İcraiyyə Komitəsi sədrinin müavini, 1921-ci ilin sonundan sədri işləmişdir. Cənubi Qafqaz kommunist təşkilatlarının 3-cü və AKP-nin bir sıra qurultayına nümayəndə seçilmişdir. 1934-cü ildə Azərbaycan SSR MİK Rəyasət heyətinin qərarı ilə ona "Əmək Qəhrəmanı" adı verilmişdir. "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir (1956). == Həyatı == Bir məlumata görə o 23 iyun 1861-ci ildə Bakı qəzasın Xırdalan kəndində anadan olub, digər məlumata görə isə onun doğum tarixi 1860-cı il hesab olunur. 1872-ci ildə neft quyularının satın alınmasını ləğv edən çar hökuməti, torpaqların xərracda sərbəst alınması və satılması ilə əvəz etdi. Baş vermiş dəyişiklik Abşeron yarımadasında neft sektorunun inkişafına və bazar münasibətlərinin əmələ gəlməsinə səbəb oldu. Ağır keçən kənd təsərrüfatı həyatını 15 yaşından yüksək gəlirli və prespektivli olan neft sənayəsinə dəyişən Məmmədhəsən Adıgözəlov bütün ömrünü neft sənayesinə və neft sənayesində çalışan işçilərin mənafelərinin müdafiəsinə həsr etdi. Yeniyetmə yaşlarında ikən fiziki göstəricilərinə, boyuna, bacarığına və işə olan həvəsi ilə seçilirdi. O dövrdə peşəkar buruq ustası olmaq üçün ən azı 25 il təcrübə tələb olunurdu.
Məmmədhəsən Hacınski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 (15) mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur. === Çar Rusiyası dövrü === 1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur.
Məmmədhəsən Qafarov
Məmmədhəsən Şixəli oğlu Qafarov (10 dekabr 1932, Kəsəmən, Basarkeçər rayonu – 3 iyun 1998, Bakı) — biologiya elmləri doktoru, professor. == Həyatı == Məmmədhəsən Qafarov 10 dekabr 1932-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsinə daxil olmuş və 1956-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1960-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1963-cü ildə aspiranturanı bitirmişdir. Prof. Qafarov Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasında “Amin turşularının kağız üzərində xromotoqrafiyası” üsulunu, Ümumittifaq Fiziologiya İnstitutunda “Yüksəkmolekullu yağ turşularının qaz-maye xromotoqrafiyası” üsulunu mənimsəmiş, daha sonra bu üsulları Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsində tətbiq etmiş, elm və islahat üçün vacib nəticələr almışdır. Prof. Qafarov 1964-cü ildə İrəvan Dövlət Universitetinin Biologiya fakultəsində “Camış və qırmızı malların mədə önlüklərində karbomidin zülallara çevrilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi adına layiq görülmüşdür. Namizədlik dissertasiyasında əldə etdiyi nəticələri istehsalatda tətbiq etmişdir. O, Abşeron, Qusar və Şəki rayonlarındakı təsərrüfatlarda mal-qaranın yemləndirilməsində tətbiq etdiyi yem əlavələrinin hesabına ət və süd məhsuldarlığının artırılmasına nail olmuş və yüksək iqtisadi səmərə əldə etmişdir.
Məmmədhəsən Sadıqlı
Məmmədhəsən Meydan oğlu Sadıqlı (21 fevral 1992, Dəmirçi, Naxçıvan Muxtar Respublikası – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. 1998-ci il şəhid Etibar Əhmədov adına Dəmirçi kənd orta məktəbində təhsil almağa başlayıb, məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda qalib gəlib. 2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2010-cu ildə isə buranı bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə Leytenant Hərbi rütbəsini alaraq buranı da bitirir, bitirdikdən sonra Silahlı qüvvələrin 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib. Bundan sonra leytenant kimi Culfa şəhərinə təyinat alır. 3 il Culfa şəhərində xidmət etdikdən sonra 2017-ci ildə baş leytenant rütbəsini alır, xidməti ərzində Günnüt döyüşlərində öndə gedənlərdən biri olub. Günnütdə böyük şücaətlər görsətdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub. Sonrakı təyinatı isə Vayxır olub, Burdakı xidməti ərzində 2018-ci ildə Türkiyədə "Komando Temel Kursu"-nu Azərbaycan üzrə başarı və 1-ciliklə bitirmiş, daha sonra 2019-cu ildə Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub. Hərbidə dəfələrlə "Yunan-Roma güləş" yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib.
Məmmədhəsən Əfəndizadə
Məmmədhəsən Əfəndizadə (2 fevral 1872, Şamaxı – 1 may 1918, Əniq, Hil rayonu) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq. == Həyatı == Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Süleyman Sani Axundovla bərabər oxuyub. (1888). Əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir Lahıcda işləyərkən Əfəndizadə Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" məcmuəsində, "Həyat", "Dəbistan", "İrşad" "Kavkaz" qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. "Dəbistan" jurnalının redaktoru olmuşdur.
Məmmədhəsən bəy Talışxanov
Məmmədhəsən bəy Mirəlixan oğlu Talışxanov — Rusiya İmperator Ordusunda general. Mirkazım bəy Talışxanov qardaşı. == Həyatı == 1861-ci ilin yanvarın 7-də Lənkəranda hərbçi ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ilk general-leytenantı, Talış Xanı Mir Mustafa Xanın nəvəsidir. İlk təhsilini Lənkəran üçsinifli gimnaziyasında alan Məmmədhəsən bəy sonradan ailəsi ilə birlikdə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirərək realnı məktəbin tam kursunu əla qiymətlərlə bitirmişdir. 1882-ci ilin yanvarın 20-də Teymurxan-Şura realnpı məktəbinə daxil olur, o, məktəbdə oxuya-oxuya, həm də 81-ci piyada Abşeron polkunda da xidmət edirdi. 1882-ci il sentyabrın 2-də 15-ci Minqrel Qrenadyor polkuna köçürülür. 1883-cü ilin avqustun 25-də Unter-ofiser rütbəsinə yüksəlir. 1883-cü ilin sonlarında Tiflisdə yerləşən Piyada Yunkerler məktəbinə daxil olur, 1885-ci ildə oranı əla qiymətlərlə qutaran Məmmədhəsən bəy elə həmin il Pyatiqorsk polkuna podpraporşik təyin olunur. 1900-cı ildə 16-cı Minqrel Qranadyor polkuna komandan təyin olunur.
Mirzə Məmmədhəsən bəy Vəliyev
Mirzə Məmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu Vəliyev — quberniya katibi, məmur, aktyor Əbülfət Vəlinin, şair Nəcəfqulu bəy Şeydanin ataları. == Həyatı == Mirzə Məmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu 1820-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Dövlət idarələrində məmur işləmişdi, quberniya katibi mülki çinini almışdı. Hökumət tərəfindən medalla təltif olunmuşdu. Tarixçi Baharlı onun haqqinda yazır:"O cümlədən birisi bizim əmimiz Mirzə Məhəmmədhəsən bəy Vəliyev. Belə ki, neçə il bundan əqdəm Şirvanda Rus dövləti seyidlərin şəcərələrin yığıb yetişdirdi. O vaxt heç bir dəftərxana mirzələri bacarmayıbdır ki, o şəcərələri rusca tərcümə edələr. Çünki o şəcərələr təmamən ərəb kəlməsi ilə olur.
Rafiq Məmmədhəsənov
Məmmədhəsənov Rafiq Musa oğlu (26 sentyabr 1945, Gədəbəy) — tibb elmləri doktoru (1990), professor,Əməkdar elm xadimi (2000), Tərəqqi medalı (2010), Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru (1993), millət vəkili (2006 və 2020),(III, IV, V çağırış) məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, YAP siyasi şurasının üzvü, Veteranlar Şurasının üzvü, Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür == Həyatı == Məmmədhəsənov Rafiq Musa oğlu 1945-ci sentyabrın 26-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub.1963-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə — profilaktika fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib. 1969–1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971–1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib.1974–1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub. Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib.1977–1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib.1986–1990-cı illərdə Moskvada Ümümittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub. 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir.2000-ci ildə Ümummilli liderimiz, prezident H. Əliyev tərəfindən Əməkdar elm xadimi adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.1992-ci ilin noyabrından YAP-ın üzvüdür.
Teymur Məmmədhəsənov (əsgər)
Teymur Məmmədhəsənov- ( ) - Azərbaycanlı şəhid. == Həyatı == Teymur Məmmədhəsənov 1969-cu il noyabrın 6-da Gəncə şəhərində anadan olmuşdur. 44 saylı məktəbin məzunudur. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirən Teymur 1992-ci il iyun ayının 15-də Kəpəz Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 701 saylı hərbi hissədə atıcı idi. == Hərbi xidmət == Gənc döyüşçü Məmmədhəsənovun döyüş dostları arasında böyük hörməti vardı. Ona tapşırılan hər bir əməliyyat uğurla həyata keçirilirdi. Teymurun göstərdiyi hərbi xidmət hərbi hissə komandiri tərəfindən yüksək qiymətləndirilmiş, onun ailəsinə 2 dəfə «Təşəkkürnamə» məktubu göndərilmişdi. Teymur Akif oğlu Məmmədhəsənov 1993-cü ilin şaxtalı-boranlı qış aylarında Murovda döyüş postunu qoruyarkən şaxtaya düşmüşdür.
Qasim Məmmədhəsənov
Məmmədhəsənov Qasim Bilal oğlu (18 dekabr 2001, Moskva – 21 sentyabr 2023, Xocalı) — Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının əsgəri, lokal xarakterli antiterror əməliyyatı şəhidi. == Həyatı == Məmmədhəsənov Qasim Bilal oğlu 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuşdur. 2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilmişdir. 2003-cü ildə doğma Sabirabad rayonunun Qaraqaşlı kəndinə ailəsi ilə qayıtmışdır. 2007-ci ildə həmin kəndin orta məktəbin 1-ci sinfinə qədəm qoymuşdur. 2018-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 2018-ci ildə 467 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsi fakültəsinə daxil olmuşdur. 2022-ci ildə həmin universiteti bitirmişdir. == Döyüş yolu == 2022-ci ilin iyulun 6-sı həqiqi hərbi xidmətə yollanmışdır. İlk hərbi xidmətini Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra Şuşa şəhərində N saylı hərbi hissədə davam etdirmişdir.