MƏNİMSƏMƏK

f.
1. Bir işi görüb götürmək, öyrənmək, özünə aşılamaq.
[Fərman müəlliminin] dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq.

2. məc. Yaxşı-yaxşı öyrənərək, başa düşərək yadda saxlamaq. Fizikanı yaxşı mənimsəmək. İş üsulunu mənimsəmək.
3. məc. Qəbul edərək, udaraq həzm etmək. Xörəyi yaxşı mənimsəmək.
4. Qanunsuz olaraq başqasının malına, puluna və s. sahiblənmək, yiyələnmək. Özgənin kitabını mənimsəmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏNİMSƏMƏK yiyələnmək — anlamaq

Etimologiya

  • MƏNİMSƏMƏK “Hazır şeyə sahib olmaq”, “hazır şəkildə verilən biliyi, yadda saxla­maq və tətbiq etmək” deməkdir. Mən əvəzliyi, yiyəlik hal şəkilçisi (-im) və feil
MƏNİMSƏMƏ
MƏNİMSƏNMƏ

Digər lüğətlərdə