MƏRƏKÖÇDÜM
MƏRƏZ
OBASTAN VİKİ
Mərəndi
Mərəndi — qədim əkinçilik aləti == Haqqında == Taxıl biçinindı istifadə edilirdi. Oval şəkilli dişsiz tiyədən (uzunluğu 1 m-ə qədər) və ağac sapdan ibarət olan Mərəndi, əsasən "seyitmə biçin" üsulunda tətbiq olunur. Mərəndinin adı Koroğlu dastanında və s.folklor nümunələrində də çəkilir. Azərbaycanda (xüsusilə, Naxçıvan bölgəsində) XX əsrin əvvəllərinədək təsərrüfatda Mərəndi istifadə olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Şücanizam Mərəndi
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı. == Həyatı == Şükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı. Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi. O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Mirzə Süleyman Mərəndi
Mirzə Süleyman Mərəndi — Xəttat. Əl işlərinə Ordubad bölgəsinin Vənənd kənd Came məscidində rast gəlinir. Elə onun adı da hicri 1307 ildə (miladi 1890 il) məsciddə aparılmış təmir işləri zamanı özü tərəfindən rənglə gəc üzərində yazılmış kitabə vasitəsi ilə elm aləminə məlum olmuşdur. 19 yüzillikdə yaşamış Mirzə Süleyman həmin vaxt məsciddə aparılan rəngkarhq işlərini yerinə yetirmişdir.
Məhəmmədhəşim bəy Mərəndi
Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu Mərəndi (1795-?)—siyasi mühacir. == Həyatı == Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu 1795-ci ildə Mərənd şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi. Şahzadə atası Nəzərəli xanı öldürdükdən sonra Risiyaya mühacirət etmişdi. Qarabağ rəisi onu ailəsi ilə birlikdə Şuşa qəzasının Vərəndə sahəsinin Qarğabazar kəndində yerləşdirmişdi. Ona mülk ayrılmış, təqaüd kəsilmişdi. == Ailəsi == Məhəmmədhəşim bəyin Qasım bəy, Əli bəy, Mehdi bəy, Abdulla bəy adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
Məmmədrza Afiyət Mərəndi
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926 - 24 aprel 2011)—Azərbaycan yazıçısı, tərcüməçi, DF-MK-nin üzvu və "Azərbaycan" qəzetinin redaktoru. == Həyatı == Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə başa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi məktəbə daxil olaraq, təhsilini uğurla başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə məşğul olub. 30 ilə yaxın "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, dostluq və əməkdaşlıq edib. Fars dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra dilləri mükəmməl bilmiş və ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib.
Nəzərəli xan Mərəndi
Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərəndi (?-1828) — Mərənd hakimi. == Həyatı == Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. Bəzi İran müəlliflərinə görə seyid əsillidir. O, Seyid Nəzərəli xan yüzbaşının nəvəsidir. Mir Qılınc xan Babanın törəməsidir. == İran Rus müharibəsi == Nəzərəli xan II rus-İran müharibəsində iştirak etmişdi. Əminə Pakrəvan yazır: Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu (Məhəmməd mirzəni-Ə. Ç.) səkkiz min nəfərlik piyadənin sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi.
Şükrulla xan Mərəndi
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı. == Həyatı == Şükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı. Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi. O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Hacı Bağır xan Mərəndi
Hacı Bağır xan Nəzərəli xan oğlu Mərəndi (1797–1856) — siyasi mühacir. == Həyatı == Bağır xan Nəzərəli xan oğlu 1795-ci ildə Mərənd şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi. Şahzadə atası Nəzərəli xanı öldürdükdən sonra Rusiyaya mühacirət etmişdi. İrəvan rəisi onu ailəsi ilə birlikdə İrəvan şəhərində yerləşdirmişdi. Ona mülk ayrılmış, təqaüd kəsilmişdi. == Ailəsi == Hacı Bağır xan Hacıyə xanımla ailə qurmuşdu. Nəzərəli xan, Rza xan, Həbib xan, Məmmədbağır xan, Xanlar xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.

Digər lüğətlərdə

вы́щипанный гре́на диетотерапи́я подла́дить приёмосдатчик пробежа́ться самобра́нка заче́рчиваться кровь с молоком недое́сть обтёсывать раска́тный дема Anatolia belleek carrier frequency Chablis decagynous elecampane growlingly grumble завиться лобковый мещанка налететь