NƏM ÇƏKMƏK

rütubətdən islaq hala gəlmək; xarab olmaq, korlanmaq.

NƏHS GƏTİRMƏK
NƏNƏM DƏ BACARAR (ELƏYƏR)
OBASTAN VİKİ
Nəm hava
Nəm hava — quru hava ilə su buxarının qarışığı. Nəm havada su buxarı qızışmış, quru doymuş və yaxud da nəm buxar halında olur. Nəm havaya ideal qazlar qarışığı kimi baxmaq olar. Dalton qanununa görə nəm havanın təzyiqi quru hava ilə su buxarının parsial təzyiqləri cəminə bərabərdir: P n . h = P q . h + P s . b {\displaystyle P_{n.h}=P_{q.h}+P_{s.b}} burada P q . h {\displaystyle P_{q.h}} , P s . b {\displaystyle P_{s.b}} –quru havanın və su buxarının parsial təzyiqləridir. Nəm havada olan su buxarının parsial təzyiqləri, nəm havanın temperaturuna uyğun olan P d {\displaystyle P_{d}} doyma təzyiqindən yüksək ola bilməz, yəni P s .
Nəm milçəkləri
Nəm milçəkləri (lat. Ceratopogonidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Hazırda 4000 növü məlumdur. Onlardan Xəzər dənizində isə Culicoides cinsinə aid növlər qeydə alınmışdır. Süfələr şirin sularda və nəm torpaqda yaşayırlar. Nəm milçəkləri Antarktidadan başqa bütün qitələrdə yayılmışdır. Bütün ikiqanadlı həşəratlar kimi nəm milçəklərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərdən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Nəm milçəklərinin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanır. Yetkin fərdlərin qidalanması müxtəlifdir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.