NAR ƏRƏB

Od, atəş.

Ay həzərat, gəlin sizə söyləyim,

Yar ucundan atılmışam nara mən.

Deyirlər hər dərdə dərman bulunmaz,

Eləmişəm bu dərdimə çara mən.

                                       (“Müğüm şah”)

                            *

Özün kimi gözəl olmaz dünyada,

Canım qurban olsun o şirin ada.

Aradakı ilqar getməsin bada,

Yandırar ciyərim nara gözlərin.

                              (“Fərhad və Şirin”)

NAPAK FARS
NARINC FARS
OBASTAN VİKİ
NAR
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Adi nar
Adi nar (lat. Punica granatum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin nar cinsinə aid bitki növü. Narın elmi adı iki latın sözünün birləşməsindən əmələ gəlmişdir. "Punica" — tünd qırmızı və ya parlaq qırmızı, "granatus" isə dənə deməkdir. Nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Hündürlüyü 1,5–4 (5) m olan, budaqları qarşı-qarşıya yerləşmiş balaca ağac və ya koldur. Qısalmış budaqları çox vaxt tikanlara çevrilir. == Təbii yayılması == Vətəni Kiçik və Orta Asiya, Dağıstan, Şərqi və Cənubi Zaqafqaziyadır. == Botaniki təsviri == 3–5 m hündürlüyündə çoxlu gövdələrə malik, yarpağını tökən kol və ya kiçik ağacdır.
Nar (Mobile)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Fəaliyyət tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını sadəcə “Nar” olaraq təsbit etdi.
Nar (dəqiqləşdirmə)
Nar — meyvə. Nar (şirkət) — Mobil operator. Nar (film, 1981) — Azərbaycan filmi. Nar (Nepal) — Nepalda kənd. Nar (albom) — Musiqi albomu.
Nar (meyvə)
Nar (şirkət)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Fəaliyyət tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını sadəcə “Nar” olaraq təsbit etdi.
Nar Mobile

Nar bayramı
Nar bayramı — Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyi. Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır. == Tarixi == "Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir. Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər. "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. == Bayram haqqında == Bayram Azərbaycanın nar paytaxtı olan Göyçayda keçirilir, burada 4 min hektar sahədə nar yetişən bağlar salınıb. Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Nar bayramı festivalının proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, eləçə də müxtəlif müsabiqələr daxildir.
Nar qovurma
== Tarixi == Bu yeməyin vətəni Göyçaydır. == Sadə nar qovurma == === Ərzaqlar === nar - 3 ədəd yumurta - 2 ədəd baş soğan - 1 ədəd === Hazırlanma qaydası === Narı dənələyib soğanla qovurursan. duz - istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar. == Ətli nar qovurma (I) == === Ərzaqlar === Qoyun əti – 330 q, ərinmiş yağ – 30 q, nar – 50 q, şabalıd – 180 q, baş soğan – 100 q, zəfəran – 0,05 q, keşniş və şüyüd – 15 q, istiot – 0,1 q, duz. === Hazırlanma qaydası === Qoyun əti 60-70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Nar salatı
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. == Sıxılmış nar şirəsi == Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Nar şorbası
Nar şorbası (fars. آش انار‎ āš e anār; azərb. anar aşı‎) — Azərbaycan və İranın milli xörəklərindən biri. == Tarixi == Bu yeməyin vətəni İran və İraqdır. Çorba, qədim Çin və Spartada miladdan əvvəl I əsrdə hazırlanmışdır. Daha sonra bu qidalandırıcı və faydalı yemək bütün dünyada yayılmış və onun müxtəlif reseptləri icad edilmişdir. Müasir növ şorba maddələr sayı, məhsullar dəsti və hətta tutarlılıq baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Bu mütləq maye şorba deyil — məsələn, Alman aintopf və ya Fin şorbası calakeutto kimi çox qalın və qidalı ola bilər. Bütün bunlar bu resepti icad edən insanların ənənələrindən asılıdır. Ən qeyri-adi, əlbəttə ki, əriştə və şokoladdan olan Yapon şorbası, Karib dənəsində hazırlanan — iguana şorbası və Afrikada bişirilən qəhvə, banan və kirdən olan şorbalardır.
Nar bağı
Nar bağı — Rejissor İlqar Nəcəfin filmi. == Məzmun == Film Anton Çexovun məşhur "Albalı bağı" pyesinin motivləri əsasında çəkilib.Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır.Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb.Bu pul ona qızının xilası üçün lazımdır... == Festivallar və mükafatlar == Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə "Ən yaxşı kişi rolu", film "Münsiflər heyətinin xüsusi mükafatı" və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama"ya layiq görülüb. "Nar bağı", 22-28 iyul tarixlərində Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub.
Azərbaycan mədəniyyətində nar
Azərbaycan mədəniyyətində nar — Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər. Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı. Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir. == Mədəniyyətdə narın rolu == Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir.
Nar (Mobil Operator)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Fəaliyyət tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını sadəcə “Nar” olaraq təsbit etdi.
Nar (film, 1981)
== Məzmun == Təbiətin gözəl neməti olan nar uzun əsrlərdir ki, süfrələrimizin bəzəyi, xalq təbabətinin qiymətli incisi kimi şöhrət qazanmışdır. Şahnar, qırmızıqabıq, bala mürsəl, şirin nar, gülövşə nar-film bu gözəl nemət, narın məhsuldarlığının yüksəldilməsinə qayğı göstərilməsi haqqında söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Mehdiyev Ssenari müəllifi: Arif Əliyev Operator: Fəraməz Məmmədov Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Nar kolu (ağacı)
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb

Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazlıqları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897, Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978, İrəvan) — kürd əsilli SSRİ yazıçısı. == Həyatı == Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Ərəb çaqqalqanqalı
Onopordum illyricum (lat. Onopordum illyricum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çaqqalqanqalı cinsinə aid bitki növü.
Ərəb ədəbiyyatı
Ərəb ədəbiyyatı (ərəb. الأدب العربي) — ana dili ərəb dili olan tayfa və xalqların ədəbi əsərlərini əhatə edir. Ərəb dili qədim zamanlardan bəri Ərəbistan yarımadasında istifadə olunan bir dildir. İslam dini ortaya çıxdıqdan sonra İspaniyadan İndoneziyaya qədər uzanan bir ərazidə 600 il ərzində yayılaraq mədəniyyət dili oldu. Türkiyədə ərəb ədəbiyyatı üzrə akademik araşdırmalar, adətən ədəbiyyat fakültələrinin ərəb dili və ədəbiyyatı bölmələrində aparılır. == Klassik ərəb ədəbiyyatı == Klassik ərəb ədəbiyyatı İslamdan əvvəlki dövrdən Abbasilər dövrünün sonuna qədər olan prosesə verilən addır. Klassik ərəb poeziyasında həcv, mədhiyyə, fəxriyyə və s. kimi mövzular ön plana çıxır. Qəsidə və recez klassik ərəb ədəbiyyatının ən çox istifadə olunan formalarıdır. == İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatı == Cahiliyyət dövrü adı verilən İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatında şeirin özünəməxsus yeri var idi.