– Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir.
// İs. mənasında.
Çünki məmləkət daxilində yaşayan narazılar sərhəd xaricində olan düşmənlərin müttəfiqləridir.
□ Narazı qalmaq (olmaq) – razı düşməmək, razı qalmamaq, məmnun olmamaq, incik düşmək.
Salam Həbibin cavabından narazı qaldı.
Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü.
Firəngiz köhnə şoferi dəyişib, [Şahini] qəbul eləyəndə anası narazı olmuşdu…
Narazı salmaq – özündən incitmək, küsdürmək, rəncidə etmək. Yoldaşını özündən narazı saldı.