NAVALÇA

is. Yağış, qar suyunun axması üçün damların kənarına qoyulan boru.
Eşik divardan asılı duran navalça, ən naşı adamın çaldığı dəf kimi, qeyri-müntəzəm bir səslə danqıldadı. M.Hüseyn.
Sallanmış yaşadığım evin navalçasından; Fil dişi, fil xortumu, fil başı kimi buzlar. S.Rüstəm.
Quşlar uçur yuvasına fırıl-fırıl; Şırıldayır navalçalar şırılşırıl. M.Müşfiq.

NAVALA
NAVAR₁

Digər lüğətlərdə