Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm.
Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı.
□ Naümid etmək (eləmək) – ümidsiz etmək, ruhdan salmaq, ümidini boşa çıxartmaq, ümidini kəsmək.
Əliqulu heç kəsə rədd cavabı vermirdi, heç kəsi naümid eləmirdi.
Naümid olmaq – ümidsiz olmaq, ümidini itirmək (kəsmək), ruhdan düşmək, əlini üzmək.
[Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən.
Fərəc yenə naümid olmadı.