NAĞDƏLİ

“Nəqdi-Əli” izafətindəndir; Əlinin verdiyi.
NAĞDALI
NAĞDI
OBASTAN VİKİ
Nağdəli Zamanov
Nağdəli Tapdıq oglu Zamanov (13 avqust 1961, Keşdək, Kəlbəcər rayonu) — Tibb üzrə fəlsəfə doktoru (1994), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2012), "Qızıl qələm" mükafatı laureatı (2012). == Həyatı == Nağdəli Zamanov 13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində müəllim ailəsində anadan olmuşdur. 1967–1975-ci illərdə Keştək kənd 8-illik, 1975–1977-ci illərdə isə Kəlbəcər 1 saylı orta məktəbdə oxumuşdur. 1979-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş, 1985-ci ildə ATİ-nin II müalicə profilaktika fakultəsini bitirmişdir. 1986–1990-cı illərdə Neftçala rayonunda terapevt işləmiş, 1990–1993-cü illərdə Pediatriya fakultəsi "Daxili xəstəliklər" kafedrasında aspirantura təhsili almışdır. 1993-cü il oktyabr ayından 2010-cu ilədək ATU-nun I Daxili xəstəliklər və reanimatologiya kafedrasının assistenti, 2010-cu ildən isə dosentidir. 2011-ci ildən Tədris Terapevtik Klinikanın III terapiya şöbəsinin müdiridir. 1994-cü ildə professor Sayalı xanım Tağıyevanın elmi rəhbərliyi ilə "Xəzər gəmiçiliyi üzgüsü heyəti arasında ürəyin işemik xəstəliyinin erkən diaqnostikası və mümkün profilaktika yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb üzrə fəlsəfə doktorudur. 2004-cü ildən əməkdar elm xadimi, professor A. Ə. Axunbəylinin elmi məsləhətçiliyi ilə "Revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin erkən diaqnostikası və differensial müalicə xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Nağdəli bəy
Nağdəli bəy (v. 1627) — Səfəvilərin İngiltərəyə göndərilmiş səfiri. == Fəaliyyəti == 1626-cı ildə I Abbas tərəfindən İngiltərə kralı I Çarlza səfir göndərilmişdi. Nağdəli bəyin səfir kimi tələb edilməsi əslində Ost-Hind şirkəti və Robert Şirli arasında çıxan bir anlaşmazlığa görə olmuşdu. Robert Şirli İran ipəyinin monopoliyasını İspaniyaya verməyi təklif etməsi şirkətin maraqlarına əks idi və buna görə də şirkət Şirliyə şər ataraq I Abbasdan yeni səfir tələb etmişdi. Yeni səfir Nağdəli bəy kralın hüzuruna çıxanda Robert Şirli onu saxtakar olmaqla günahlandırmış, əsl səfirin özü olduğunu demişdi. Çarlz isə hər iki səfirə öz ölkələrinə qayıtmağı və problemlərini şahın yanında həll etmələrini tapşırır. == Ailəsi == İbrahim xan adlı oğlu vardı. == Ölümü == Nağdəli bəy 1627-ci ildə Qərbi Hindistan sahillərinə çatanda intihar edir. Belə ki, şahın yanına əliboş qayıtmaqdan utanan səfir 4 gün dayanmadan tiryək qəbul edərək intihar edir.
Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; 5 noyabr 1957, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru. == Həyatı == Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb. 2003–2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.
башкови́тость дражи́ровать ле́нта лог приподня́ться прия́тный просте́йшие ба́рхатный знать, где раки зиму́ют ма́клер надры́вистый посре́дственность све́тлость трепа́льщик удлинённость Dalek traverser truckler Walpurgis Night мастиковый пуант рассмотреть римлянин стоймя тик-так