NİŞANLAMAQ

f.
1. Cizgi, nöqtə və s. vasitəsilə nişan qoymaq, başqalarından fərqləndirici işarə qoymaq. Kitabın səhifələrini nişanlamaq. Pəncərəni nişanlamaq.
– Turab Rəşidi buraxıb, qızın dalınca getdi, onun girdiyi evi nişanladı. M.Hüseyn.

2. Ad eləmək, üzük taxmaq, adaxlamaq.
Üç gün sonra “getmirəm” – deyə ağladığına baxmayaraq, [Gülzarı] nişanladılar. C.Cabbarlı.

3. Nişanaya almaq, tuşlamaq.
[Dursun] …özünü toplayıb geri dönür və ayını nişanlayıb iki qolları arasından vurur. A.Şaiq.
Qabaqda, düşmənin komandanını; Xumar nişanlayıb “tökdü qanını”. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİŞANLAMAQ adaxlamaq
  • NİŞANLAMAQ işarələmək — damğalamaq
  • NİŞANLAMAQ 1. NİŞANLAMAQ [Dilarə:] Bəlkə ona elçi-zad getmişdik, nişanlamışdıq bəlkə? (Anar); ADAXLAMAQ Rza: Üç il olardı ki, atamgil onu mənə adaxlamağa hazırla

Omonimlər

  • NİŞANLAMAQ NİŞANLAMAQ I f. İşarə etmək, qeyd etmək. Kəndə gəlmək üçün hündür çinar ağacını nişanlamışdım (Ə.Əylisli)
NİŞANLAMA
NİŞANLANDIRMA

Digər lüğətlərdə