NƏCD

ə. Ərəbistan yarımadasında hündür bir ərazinin adı olub, «yüksəklik, yüksək yer» mənasını verir.

NƏCCAR
NƏCDƏT
OBASTAN VİKİ
Nəcd
Nəcd — Ərəbistan yarımadasında qədim ərazi. Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer" mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar. Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Riyaz şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır. Nəcd cənub tərəfdən Yəmamə və Əhqad, şərq tərəfdən İraq, Əhsa və Qətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur. Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə — şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir.
Nəcd əmirliyi
Nəcd əmirliyi və yaxud İkinci Səudiyyə dövləti — XIX əsrdə Ərəbistan yarımadasında mövcud olmuş dövlət. Nəcd əmirliyi Birinci Səudiyyə Dövləti süquta uğradıqdan sonra, 1824-cü ildə yenidən əvvəlki ərazilərdə, bu dəfə paytaxt Ər-Riyad olmaqla Səud sülaləsi tərəfindən yaradılmışdır. Əmirlik 1824-1891-ci illərdə mövcud olmuşdur. 1891-ci ildə əslən Haildən olan səudların əzəli düşmənləri Əl-Rəşidi qəbiləsi tərəfindən süquta uğradılmışdır. XVIII əsrin ortalarında əsas ideologiyası Vəhhabilik olan yeni dövlət yarandı. 1744-cü ildə Məhəmməd ibn Səud Birinci Səudiyyə dövlətinin yaranmasını elan etdi. Dəriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi.
Nəcd sultanlığı
Nəcd sultanlığı (ərəb. سلطنة نجد‎, Salṭanat Najd) — 1921-ci ildən 1926-cı ilə qədər mövcud olmuş sultanlıq. Bu, Səud sülaləsinin rəhbərlik etdiyi monarxiya və müasir Səudiyyə Ərəbistanının qanuni sələfi idi. Riyad əmiri Əbdüləziz ibn Səud tərəfindən yaradılmışdır. O, Nəcd və onun tabeliyində olanlar üzərində özünü sultan elan etmişdi. 2 dekabr 1922-ci ildə Nəjd Küveyt ilə bir-birlərinin sərhədlərini müəyyən edən müqavilə imzalamış, sərhəd 29-cu paralel boyunca düz xətt kimi təyin olunmuşdur. 1925-ci ilin dekabrında Hicaz krallığı Əbdüləziz ibn Səudun qüvvələrinə təslim olmuşdur, o isə daha sonra 1926-cı ilin yanvarında Hicaz kralı elan edilmişdir. O, öz mülklərini Hicaz və Nəcd krallığına birləşdirmişdir.
Hicaz və Nəcd krallığı
Hicaz və Nəcd krallığı (ərəb. مملكة الحجاز ونجد‎, Mamlakat al-Ḥijāz wa-Najd), ilk növbədə Hicaz krallığı və Nəcd sultanlığı (مملكة الحجاز وسلطنة نجد, Mamlakat al-Ḥijāz wa-Salṭanat Najd) — Ərəbistan yarımadasında Hicaz krallığının 1920-ci illərdə Nəcd tərəfindən fəth edilməsindən sonra yaranmış dövlət. 8 yanvar 1926-cı ildə Nəcd sultanı Əbdüləziz ibn Səud Məkkədə Məscidül-Həramda Hicaz kralı taxtına oturmuşdu. 29 yanvar 1927-ci ildə o, həm də "Nəcd kralı" (keçmiş "sultan" əvəzinə) titulu almışdır. 20 may 1927-ci ildə Ciddədə imzalanan müqaviləyə əsasən Əbdüləzizin dövləti Britaniya tərəfindən tanınaraq "Hicaz və Nəcd krallığı" adını almışdır. 23 sentyabr 1932-ci ildə Nəcd, Hicaz, Əl-Əhsa və Qətif bölgələri Səudiyyə Ərəbistanı adlanan yeni vahid krallıqda birləşdirilmişdir.
Ərəb dilinin Nəcd dialekti
Ərəb dilinin Nəcd dialekti (ərəb. اللهجة النجدية‎; özünüadlandırma – nəcdi) — Səudiyyə Ərəbistanının mərkəzi hissəsi olan Nəcd sakinlərinin danışdığı ərəb dilinin növlərindən biri. Nəcdi dialekti qədim ərəb dialektlərinin nəslindəndir. Bu dialektdə 9 milyon 870 min insan danışır ki, bunun da 8 milyonu Səudiyyə Ərəbistanında, 900 mini İraqda, 500 mini Suriyada, 50 mini İordaniyada yaşayır. İslamdan əvvəlki dövrdə Nəcd ərazisində, Hicazın bəzi hissələrində və Bəsra körfəzi sahillərində qədim ərəb dilinin şərq dialekt qrupları geniş yayılmışdı. Ərəb filoloqları və əksər Qərb alimləri ərəb poetik dilinin mənşəyini Nəcdin bədəvi qəbilələri ilə əlaqələndirirlər. Ərəblərin islamdan əvvəlki poeziyası Nəcdin şərq dialektləri əsasında inkişaf etmişdir. А. Г. Белова. Историческая морфология арабского языка: по материалам памятников доисламского периода. Восточная литература.
Nəcd və Həsa əmirliyi
Nəcd və Həsa əmirliyi — 1913-cü ildən 1921-ci ilə qədər Üçüncü Səudiyyə Dövlətinin ikinci interasiyası idi. Bu, Səud sülaləsinin rəhbərlik etdiyi monarxiya idi.
Adil Nəcdət
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Nəcdatilər
Nəcdat — İslam dininin xaricilər məzhəbi tərkibində olan qrup. VII əsrin sonlarına doğru Əməvilər dövründə Necdat ibn-i Əmir əl-Hənəfi (ərəb. نجدة بن عامر الحنفي‎) adlı şəxsin rəhbərliyi altında qurulmuşdur. Onlar Səudiyyə Ərəbistanının ortasındakı Yamamah adlı səhra və Bəhreyn arasındakı torpaqlara hakim olub bu bölgədə öz müstəqil dövlətlərini qurmuşdular. Necdat 692-ci ildə öz tərəfdarlarından biri tərəfindən öldürülmüşdür. Nəcdatların fərqli xüsusiyyətləri: Xristianları, yəhudiləri və digər qeyri-müsəlmanları öldürməyə icazə, Əzraqilər (başqa bir xarici məzhəbi) isə öz güclərini qəbul etmək şərti ilə onların öldürülməsinə icazə vermirdilər. Etiqad budur ki, xəlifənin və ya başqa bir hökmdarın olması dində vacib deyil. Belə ki, əgər bir cəmiyyətin üzvləri dini əsaslara söykənən münasibətləri davam etdirə bilirlərsə, onda başsız ola bilərlər. Əgər sünnilərin çoxluq təşkil etdiyi bölgələrdə olsalar, təqiyyə ilə öz həqiqi əqidəsini gizlətməyə icazə verilirdi. Nəcdət ibn Amir, Xariclərin böyük əksəriyyətindən fərqli olaraq, günah işlətmiş müsəlmanları təkfir etmir, yəni onları kafir hesab etmir və onların Allah tərəfindən bağışlanacağına inanırdı.