OLMAZIN

sif.
1. Son dərəcə, həddən artıq, ölçüyəgəlməz, görünməmiş. Olmazın əziyyət. Olmazın ziyan.
– Qazamat qulluqçuları Həcərə olmazın əziyyətlər verirlər. Qaçaq Nəbi”.
[Məsmə:] [Ərimi] xəstəxanaya yerləşdirmək üçün olmazın əmək sərf etdim. S.Hüseyn.

2. Yolverilməz, namünasib, nalayiq, yaraşmaz. Olmazın söz.
– Lakin bir saatdan bəri hamı ağzına gələni danışmaqdan və olmazın şeyləri eşitməkdən yorulmuşdu. Ə.Əbülhəsən.

3. Mümkün olmayan, ola bilməyən, baş verə bilməyən.
[Müşavir:] Dünyada olmazın iş yoxdur. P.Makulu.

OLMAZ
OLSA-OLSA

Digər lüğətlərdə

жабообра́зный замая́чить крамо́льничать скарифика́ция таджи́к тесситу́ра умести́ шеллингиа́нский шлемофо́н аркебу́з без у́молку бота́ник густова́то зме́йкой ито́жить пра... промола́чиваться то́рий реприманд danes'-blood Hudson's Bay blanket self-abnegation stag party Thalian unsmirched