ORTABAB

sif.
1. Ortayaş(lı), orta yaşlarda olan; nə cavan, nə qoca.
…Şərəf ortabab, qara və arıq övrətdi. C.Məmmədquluzadə.

2. Orta keyfiyyətli; miyanə.
Əlikram gətirdiyi iki dənə ortabab Quba almasını qəzetdən açıb təbərrük kimi çıxartdı. B.Bayramov.

3. Kiçik torpaq sahəsinə malik olub, onu öz əməyi ilə becərən və mülki vəziyyətinə görə yoxsulla qolçomaq arasında duran fərdi təsərrüfatçı kəndli.
[Almas:] Yoldaşlar, mənim sözüm yoxsul və ortabab kəndlilərədir. C.Cabbarlı.
Cavahir, doğrusu, mən muzdur oğlu; Sən də bir ortabab kəndli qızısan. M.Müşfiq.

// İs. mənasında. Kənd yoxsulları ilə ortababların ittifaqı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ORTABAB ortabab bac 1. ortayaş(lı); 2. babat

Antonimlər (əks mənalı sözlər)

  • ORTABAB ORTABAB – YOXSUL Keçmişdə nə varlı, nə də yoxsul, nə aşağı, nə də ortabab olduğunu bilməyən, həmişə adamlara artıq və şübhəli gözə baxıb duran Vəli ki

Etimologiya

  • ORTABAB Bab ərəbcə “tay” deməkdir. Ortabab “orta vəziyyətdə olanların yoldaşı, tayı” kimi başa düşülə bilər. (Bəşir Əhmədov
ORTA
ORTABABLIQ

Digər lüğətlərdə

биоли́ты подка́лка ветвяно́й дерю́га зачередова́ть карбами́д напе́рчивать напле́чник неприве́тливость по-но́вой препара́тный фаце́ция Admiralties eventing facelifting sestertia verbiage viol whisperer yo-ho настой облигация остервенелый паспарту табуретка