OĞLAQQIRAN

(Borçalı, Qazax)
baharın ilk ayı. – No:ruzdan soηra – mart ayında oğlaqqıran girer (Qazax)
OĞLAXQIRAN
OĞLAMAN
OBASTAN VİKİ
Oğlaqqıran
Oğlaqqıran — Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə verilən ad; baharın ilk ayı. Oxlaqqıran//oğlaqqıran Zəngibasar, Borçalı və Qazax şivələrində baharın ilk ayı mənasında işlənir. Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə Oğlaqqıran adı veriblər. Bu müddətdə qışdan zəif çıxan heyvanlar, ilk növbədə, oğlaqlar – keçi-çəpiş, qoyun-quzu soyuğa davam gətirmir, tələf olurlar. Bu müddət bir çox yerlərdə "danaqıran” adı ilə də tanınır. Elat camaatı həmin dövr üçün "davar doymaz, yatar durmaz, gedər gəlməz” - deyir. Odur ki, bu zaman üçün mərəkdə (samanlıqda) yem ehtiyatı saxlanılır. Oğlaqqıran ayı ilə bağlı fərqli fikirlər də var. Sentyabr ayının ilk günlərinin "oğlaqqıran dövrü" adlandırılmasına da təsadüf edilir. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir.

Digər lüğətlərdə