Ata pərəstiş
Ata pərəstiş — dinin bəzi ibtidai formalarının ayrılmaz hissəsi, zoolatriya növü ata (atlara) pərəstişidir.
== Ümumi məlumat ==
Ata pərəstişin ortaya çıxmasının dəqiq tarixi və yeri hələ müəyyənləşdirilməyib.
Bu pərəstiş nisbətən gəncdir, təqribən altı min yaşında, günəşə, aya və s. ibadət isə daha qədimdir. Pərəstişin gəncliyi, kultun yalnız atın əhliləşdirilməsindən sonra ortaya çıxması ilə müəyyən edilir. Bundan sonra bu heyvan insan həyatına güclü təsir göstərməyə başlayır. Pərəstiş atlar üçün həm müsbət, həm də mənfi nəticələri doğurmuşdur. Bəzi hallarda tanrı olaraq onlara qurban verilir, digər hallarda özləri də qurban olaraq kəsilir.
Sadə döyüşçülər, nəcib aristokratlar və hətta keçmiş dövrlərdəki krallar üçün at hər şey sayılırdı. Qida, geyim, güc və sərvət təmin edir, insanları xilas edir, hətta öz şücaətlərinin və cəsarətlərinin təcəssümü, seçilmənin simvolu, güc atributu və s.