PİLLƏ-PİLLƏ

zərf
1. Pillələri bir-bir çıxaraq və ya düşərək. Pilləkəni pillə-pillə çıxmaq.
2. Mərtəbə-mərtəbə.
Qayalıqlı dağın ətəyində pillə-pillə salınmış kəndin bomboz evləri ətrafdakı boz qayalıqdan seçilmirdi. M.Rzaquluzadə.

3. məc.Tədricən, yavaş-yavaş.
Ucalırıq pilləpillə; Boy atırıq qarış-qarış. B.Vahabzadə.

PİLLƏ
PİLLƏKƏN

Digər lüğətlərdə