Auqusto Pinoçet
Auqusto Hose Ramon Pinoçet Uqarte (isp. Augusto José Ramón Pinochet Ugarte; 25 noyabr 1915[…], Valparaiso – 10 dekabr 2006[…], Santyaqo) — Çili dövlət və hərbi xadimi, general-kapitan (ordu generalı). 1973-cü il sentyabrın 11-də dövlət çevrilişi yolu ilə prezident Salvador Alyendeni hakimiyyətdən salan hərbi xuntaya rəhbərlik etmiş, 27 iyun-17 dekabr 1974-cü il tarixlərində Çili Millətinin Ali Rəhbəri, 17 dekabr 1974–11 mart 1990-cı il tarixlərində Çilinin prezidenti, 11 sentyabr 1973–11 mart 1998-ci il tarixlərində isə Çili Ordusunun Ali Baş Komandanı olmuşdur.
== Erkən həyatı və mənşəyi ==
Auqusto Pinoçet 25 noyabr 1915-ci ildə Çilinin ikinci böyük şəhəri Valparaisoda dünyaya gəlmişdir. Onun atası Auqusto Pinoçet Vera liman gömrüyündə məmur, anası Avelina Uqarte Martines ev xanımı idi. Gələcək dövlət başçısı 6 uşaqdan ən böyüyü idi. Pinoçet əcdadı mənşəcə breton olmuş, Latın Amerikasına Fransadan köçmüşdü.
== 1973-cü il çevrilişi və Prezidentik dövrü ==
1973-cü ilin avqust ayında, çevrilişdən 18 gün əvvəl nazir olan general Karlos Pratsın yerinə Salvador Alyende tərəfidən Çili silahlı qüvvələrinin brəhbərliyinə gətirildi. Bundan sonra 11 sentyabr 1973-cü idə Prezident Alyendeni hakimiyyətdən saldı. Alyende çevriliş vəfat etdi.