Porifera
Süngərlər (lat. Porifera) — heyvanlar aləminə aid heyvan tipi.
8000-ə yaxın növü təsnif edilib. Əksər növləri dənizdə yaşasalar da, bəzi nümayəndələri (məsələn, gölsüngəri) Antarktidadan başqa digər materiklərin daxili sularında rast gəlinir.
Süngərlər çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir.
Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur.