PROD

prod1

n dürtmə, yumruq; to give smb. a ~ bir kəsə dürtmə vurmaq

prod2

v (-dd-) 1. dürtmələmək; to ~ smb. in the ribs with one’s finger barmağı ilə bir kəsin qabırğasını dürtmələmək; 2. həvəsləndirmək, həvəsə gətirmək; to ~ a lazy student tənbəl tələbəni həvəsləndirmək / həvəsə gətirmək

PROCURESS
PRODIGAL
OBASTAN VİKİ
"Bu Şəhərdə" Prodakşn
"Bu Şəhərdə" — Azərbaycan kinematoqrafiyasına aid istehsalçı qurum. == Tarixi == 2000-ci ilin, noyabr ayında – "Bu şəhərdə" RTR kanalında yayımlanan "Qorodok" verilişinin prototipi kimi yaranmışdır. O zaman Müşviq Abbasov "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri idi. Ana ideya İlya Oleynikov və Yuri Stoyanova məxsus olub. Azərbaycan versiyası Rafael İsgəndərova Məxsusdur. amma Rafael və Coşqun ikisi bu verilişi o vaxtkı formatında efirə hazırlayırdılar. Ssenari müəllifi Rafael İsgəndərov, rejissor Gülnarə Lətifqızı, prodüser Mehriban Ələkbərzadə idi. Müşfiq Abbasov: 2000-ci ilin sonunda onlar tərəfindən mənə təklif gəldi, lakin mən fiziki olaraq bunu çatdıra bilməzdim. 2001-ci ildə "Parni iz Baku" komandası kapitanımız, rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, mən 2002-ci ildə CoRaf-ın təklifini qəbul etdim, daha sonra "Bu şəhərdə"ni prodakşn kimi qeydiyyatdan keçirtdik, sonra mən "Bu şəhərdə"nin formatını dəyişdim, etdim konsert formatı və sırf müəllif ssenarisi (o vaxta qədər hər veriliş yalnız 6 lətifədən ibarət idi). Rekord konsert 2008, 2012, 2014-cü illərdə olmuşdur.
Amerika Home Products
Wyeth və ya əvvəlki adı ilə American Home Products Corporation – ABŞ dərman şirkəti.
Asahi Production
Asahi Production (旭プロダクション) — Yaponiya animasiya studiyası. Studiya 1 iyun 2013-cü ildə qurulmuşdur. Studiya Nerimada, Tokioda yerləşir. == Tarixi == Asahi Production 1973-cü ildə qurulmuşdur, əvvəlcə ixtisaslaşmış çəkilişlərini PR kino şirkəti adı altında çəkmişdir. Lap əvvəllər Tokyo Movie Co., Ltd və Tokyo Movie Shinshanın (hal-hazırda TMS Entertainment) ilk filialı kimi yaradılmışdır. Yaponiya Sığorta Assosiasiyası və Asahi Chemical üçün reklam çarxlarının istehsalı studiyanın əsas işlərindən biridir. == İşləri == Sugarbunnies (2007) Blue Drop (2007) Sugarbunnies: Chocolat! (2008) Sugarbunnies: Fleur (2009) Tokimeki Memorial 4 Original Animation: Hajimari no Finder (2009) Super Robot Wars Original Generation: The Inspector (2010) Alice in the Country of Hearts: Wonderful Wonder World (2011) Picchipichi Shizuku-chan (2012–2013) Heroes: Legend of the Battle Disks (2013) Himegoto (2014) Orenchi no Furo Jijō (2014) Ima, Futari no Michi (2015) Million Doll (2015) Onsen Yōsei Hakone-chan (2015) Mine Kurashi no Sketch: Yutaka na Shizen to Atatakai Jikan (2015) Pan de Peace!
Atriplex patula subsp. producta
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Atriplex patula var. producta
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
By SS Production (albom)
By SS Production – Azərbaycan müğənnisi Aygün Kazımovanın yığma albomu. Alboma 17 mahnı daxildir. Albom Xalq artisti Aygün Kazımovanın əməkdaşlıq etdi SS Production şirkətinin prodüsserliyi ilə işıq üzü görmüşdür. == Hazırlanması == Alboma 2018-ci ildən 2020-ci il də daxil olmaqla Aygün Kazımovanın ifasında SS Production şirkətinin prodüsserliyi ilə təqdim olunan mahnılar daxildir. Albomda eksklüziv olaraq Paramparça mahnısını akustik versiyası təqdim olunmuşdur. Albom Respublika Günü bayramı münasibətilə təqdim edilmişdir.
David Production
David Production (株式会社デイヴィッドプロダクション, Kabushiki-gaisha Deividdo Purodakushon) — Yaponiya animasiya studiyası. Ən çox "JoJo's Bizarre Adventure" manqası əsasında çəkdiyi anime serialları ilə tanınır. Animasiya studiyası Gonzo şirkətini tərk edən şirkət prezidenti Koci Kocita və prodüser Tayto Okiura tərəfindən 2007-ci ilin sentyabrında qurulmuşdur. Şirkət ilk başlarda kiçik işlərlə məşğul idi, lakin 2009-cu ildə ilk əsas işi olan "Ristorante Paradiso" animesini çəkmişdir.1 avqust 2014-cü ildə şirkət Fuji Television tərəfindən alınmışdır.
Kino prodüseri
Film prodüseri — filmin istehsalını öz üzərinə götürən şəxsdir. Kinoprodüser film üçün filmin büdcəsini tapır, filmin çəkilişlərinə başlayır, filmin çəkilişlərini koordinasiya edir, filmin gedişatına nəzarət edir, filmin büdcəsinə görə kadr bölgüsünü təşkil edir və filmə aid digər işlər ilə məşğul olur. O, həmçinin filmin çəkiliş prosesinin başlanğıc mərhələsindən son mərhələsinə qədər olan bütün mərhələləri ilə maraqlanır və yaranmış problemləri aradan qaldırır.
MGP (M Group Production)
M Group Production və ya qısaca MGP — Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi. Şirkət 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Ən yaddaqalan layihələrindən biri Maşın Şou olmuşdur. Şirkətin sədri Murad Dadaşovdur. == Tarixi == Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi olan M Group Production 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkətin sədri Murad Dadaşovdur. == Fəaliyyəti == Şirkət media, film, reklam və əyləncə sektorlarında fəaliyyət göstərir. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Şirkətin ilk layihəsi 2003-2005-ci illərdə Lider TV-də yayımlanan "Mərc şou" olmuşdur.
M Group Production
M Group Production və ya qısaca MGP — Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi. Şirkət 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Ən yaddaqalan layihələrindən biri Maşın Şou olmuşdur. Şirkətin sədri Murad Dadaşovdur. == Tarixi == Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi olan M Group Production 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkətin sədri Murad Dadaşovdur. == Fəaliyyəti == Şirkət media, film, reklam və əyləncə sektorlarında fəaliyyət göstərir. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Şirkətin ilk layihəsi 2003-2005-ci illərdə Lider TV-də yayımlanan "Mərc şou" olmuşdur.
Mikania producta
Mikania producta (lat. Mikania producta) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Musiqi prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Nazim Hüseynov (prodüser)
== Haqqında == Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir. == Filmoqrafiya == Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – direktor Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – direktor Onun ürəyi (2010, qısametrajlı bədii film) – icraçı prodüser Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – prodüser Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – prodüser Qalib (2014, qısametrajlı sənədli film) – prodüser Mən Bakını sevirəm (2014, qısametrajlı sənədli film) – prodüser Mən evə qayıdıram (2014, tammetrajlı bədii film) – icraçı prodüser Uçmaq istəyirəm (2014, qısametrajlı sənədli film) – prodüser Vətən qeyrəti (2014, qısametrajlı sənədli film) – prodüser Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – prodüser Polkovnik (2015, qısametrajlı sənədli film) – prodüser Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – prodüser Yüksəliş (2015, tammetrajlı sənədli film) – prodüser Bakı Avropa Oyunları 2015 (2016, tammetrajlı sənədli film) – prodüser Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – baş prodüser Cırtdan və sehirli xalat (2016, animasiya filmi) – prodüser Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – prodüser Hapıtlar (2016, qısametrajlı sənədli film) – prodüser Qırmızı bağ (2016, tammetrajlı bədii film) – icraçı prodüser Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – prodüser Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – prodüser İki əsgər (2018, qısametrajlı sənədli film) – prodüser Qəhrəmanlıq zirvəsi (2018, qısametrajlı sənədli film) – prodüser Memar (III) (2018, qısametrajlı sənədli film) – prodüser Məni yada salarkən… (2018, qısametrajlı sənədli film) – prodüser 36 bahar (2019, qısametrajlı sənədli film) – prodüser 777 (2019, qısametrajlı sənədli film) – prodüser Bir elin Şahları (2019, qısametrajlı sənədli film) — prodüser Cırtdan və sehrli xalat.
Nəriman Məmmədov (prodüser)
Nəriman Kamileviç Məmmədov (10 iyul 1969, Moskva) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi. "Narimanfilm" kinostudiyasının rəhbəri, "Azərbaycan Respublikası İstehsalçılar Gildiyası"nın sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2018), "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisi. == Həyatı == Nəriman Məmmədov 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəetmə vəzifələrində 25 ildən artıq təcrübəyə malikdir. 1994-cü ildə "Narimanfilm" kinostudiyasının əsasını qoymuşdur. Şirkətin əsas fəaliyyətləri, qısametrajlı, sənədli və bədii filmlərin istehsalı, texniki dəstək və Azərbaycan filmlərinin dünyada tanıdılmasıdır. O, bir neçə qısametrajlı, sənədli və bədii filmlərin prodüseri olmuşdur. 2005-ci ilin sentyabr ayında "Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası"– nın (İFA-SC) təsisçilərindən biri olmuşdur. Həmin ilin oktyabr ayında isə Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir.
Palicourea prodiga
Palicourea prodiga (lat. Palicourea prodiga) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Prodikus
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Production I.G
Production I.G (株式会社 (Kabushiki-gaisha Purodakushon Ai Jī)) — Mitsuhisa İşikava və Takayuka Qototərəfindən yaranmış animasiya studiyası. Şirkətin ən məşhur işləri: Guilty Crown, Psycho-Pass, Eden of the East, Ghost in the Shell seriyaları. Şirkətin adındaki I.G hərfləri yaradıcılarının soyadlarının ilk hərflərindən irəli gəlir və məhz bir nöqtə ilə yazılır. == Filmoqrafiya == === OVA === Suisei no Gargantia: Meguru Kouro, Haruka FLCL Kai Doh Maru One Piece: Defeat the Pirate Ganzak!
Production IMS
Production IMS Co., Ltd. (株式会社プロダクションアイムズ, Kabushiki gaisha Purodakushon Aimuzu) və ya sadəcə Production IMS — Yaponiya animasiya studiyası və istehsal müəssisəsi. 14 fevral 2013-cü ildə Anime International Company studiyasının keçmiş əməkdaşı tərəfindən qurulmuşdur. Baş qərargahı Tokionun Nerima xüsusi rayonunda yerləşir. == İşləri == === Anime serialları === Inari, Konkon, Koi Iroha (15 yanvar 2014 – 19 mart 2014) Date A Live II (11 aprel 2014 – 13 iyun 2014) Gonna be the Twin-Tail!!
Productores de Música de España
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Produktivlik
Məhsuldarlıq — istehsalın səmərəliliyinin müxtəlif ölçülərini təsvir edir. Çox vaxt məhsuldarlıq tədarükü ümumi bir məhsulun istehsal prosesində istifadə olunan vahid girişə və ya məcmu girişə nisbəti, yəni adətən müəyyən bir müddət ərzində giriş vahidinə düşən nəticə kimi ifadə olunur. Ən ümumi nümunə əmək məhsuldarlığı ölçüsüdür, məsələn, bir işçiyə düşən ÜDM kimi. Məhsuldarlığın bir çox müxtəlif tərifləri var və aralarındakı seçim məhsuldarlığın ölçülməsindən və ya məlumatların əldə edilməsindən asılıdır. Müxtəlif məhsuldarlıq tədbirləri arasındakı fərqin əsas mənbəyi ümumiyyətlə məhsuldarlığın belə nisbət tipli ölçüsü əldə etmək üçün məhsulların və girişlərin skalyarlara necə birləşdirildiyi ilə bağlıdır. Məhsuldarlıq firmaların və millətlərin istehsal fəaliyyətində vacib amildir. Milli məhsuldarlığın artması yaşayış səviyyəsini yüksəldə bilər, çünki daha çox real gəlir insanların mal və xidmət almaq, asudə vaxt keçirmək, mənzil və təhsili yaxşılaşdırmaq və sosial və ekoloji proqramlara töhfə vermək qabiliyyətini artırır. Məhsuldarlığın artması da müəssisələrin daha qazanclı olmasına kömək edə bilər.
Produsent
Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir.
Produsentlər
Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir.
Prodüser
Prodüser (ing. producer — istehsal edən, istehsalçı) — hansısa layihənin həyata keçirilməsidə iştirak edən, onun maliyyə, inzibati, texnoloji, yaradıcılıq və ya hüquqi fəaliyyətininin həyata keçirilməsində iştirak edən mütəxəssis. == Mənbə == "Prodüser - istehsal edən". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 44-45.
Prodüsser
Prodüser (ing. producer — istehsal edən, istehsalçı) — hansısa layihənin həyata keçirilməsidə iştirak edən, onun maliyyə, inzibati, texnoloji, yaradıcılıq və ya hüquqi fəaliyyətininin həyata keçirilməsində iştirak edən mütəxəssis. == Mənbə == "Prodüser - istehsal edən". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 44-45.
Rast Prodakşn
RAST — Azərbaycanda, əsasən pop - caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, == Yaranması və fəaliyyəti == === 1990'lar === 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993 - 2001 illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-ci ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H.Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. === 2000'lər === Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.