QÜBBƏ

is. [ ər. ]
1. Yarımkürə şəklində dam; günbəz.
Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. M.S.Ordubadi.

2. Qübbəyə oxşar hər hansı bir şey.
Səba xanım kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı. M.S.Ordubadi.

◊ Göy qübbəsi – gözlə görünən göy; səma.
Göy qübbəsindən asıldı qəndil; Üzündən alıb niqabü məndil. Xətayi.
[Dərviş:] Göyün qübbəsi tavanım, qara torpaq – arxam idi. A.Divanbəyoğlu.
…Bir azdan sonra göy qübbəsi tamamilə ulduzla doldu. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÜBBƏ qübbə bax günbəz
  • QÜBBƏ günbəz

Etimologiya

  • QÜBBƏ Alınma sözdür, günbəz kimi də işlədilir. Deyim də olub: “Həbbədən qübbə düzəldir” (milçəkdən fil düzəldir)
QÜBAR
QÜBBƏLİ

Digər lüğətlərdə