QABİLİYYƏTSİZ

sif. Qabiliyyəti, istedadı, bacarığı olmayan; istedadsız, bacarıqsız. Qabiliyyətsiz adam. – [Kor kişi] … günəşin işığına baxa bilməzdi.
Zəhmətə qabiliyyətsiz idi. S.Hüseyn.

// Ləyaqəti olmayan, ləyaqətsiz; mərifətsiz.
Qabiliyyətsiz, mərifətsiz qızların; Yüzü bir dərdmənd dul ola bilməz. Aşıq Ələsgər.
Əsrimizdə bu cür adamlar çoxdur, onlar xain, dəyərsiz, qabiliyyətsiz olduqları üçün yüksəlməyi ancaq alçaqlıqda axtarırlar. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABİLİYYƏTSİZ qabiliyyətsiz bax 1. istedadsız; 2. ləyaqətsiz; 3. qanacaqsız
  • QABİLİYYƏTSİZ istedadsız — bacarıqsız
  • QABİLİYYƏTSİZ ləyaqətsiz — dəyərsiz
QABİLİYYƏTLİ
QABİLİYYƏTSİZLİK

Digər lüğətlərdə