1. Üst-üstə yığılmaq, topalanmaq, komalanmaq. Ot biçildikdən sonra, qalanıb taya vuruldu.
– Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic, vəssəlam.
Arabaya ot qalanar, dağ olar; Kəndlilərin onda kefi çağ olar.
2. Yandırılmaq, alovlandırılmaq; odun, kömür və s. qoyulub alışdırılmaq.
Odlara qalandım, dedim: Allahə təvəkkül!
Ocağa qalanmış odunlar yanıb qurtardığı üçün qaranlıq yenə qanadlarını gərirdi.
3. t-siz. Yanmaq, alovlanmaq.
Canım eşq oduna qalanmaq gərək.