QALYANGÜLÜ
QAMAC
OBASTAN VİKİ
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Qam 1
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Azərbaycan–Qambiya münasibətləri
Azərbaycan–Qambiya münasibətləri — Azərbaycan Respublikası ilə Qambiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 11-də qurulmuşdur. İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Aşağı Qamçı
AŞAĞI QAMÇI — İrəvan quberniyası Eçmiadzin qəzasında kənd adı. Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən çay adı Bakı qəzasındakı Gəmcə dağı, Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir.
Aşağı Qamışkan (Çaypara)
Aşağı Qamışkan (fars. قمشكان سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (24 ailə).
Bitki qamçılıları
Bitki qamçılıları (lat. – Phytomastigophora ) Qamçılılara daxil olan sinifdir. Onların uzunluğu 3–5 mkm ilə 400 mkm arasında və daha böyük ölçüdə dəyişir. Forması ovalvari, sapvari, çöpvari və ya yarpağabənzərdir. Bədənin səthində çıxıntılar və tikanlar ola bilər. Əksəriyyətində xarici örtük pellikuladan ibarətdir, ancaq psevdopod əmələ gətirən və formasını dəyişə bilən növlərdə bədən xaricdən yalnız plazmatik membranla örtülmüşdür. Sitoplazmanın ekto və endoplazmaya bölünməsi əksər növlərdə kifayət qədər aydın ifadə olunmuşdur. Bitki qamçılılarının bir çox növlərində işığa həssas orqanoid- qamçının əsasında yerləşən stiqma vardır. Rəngli qamçılılar işıqda fotosintez prosesi həyata keçirirlər (avtotrof), rəngsizlər isə xırda ibtidailər və bakteriyaların hesabına faqositoz yolu ilə saprofit şəkildə qidalanırlar (heterotrof orqanizmlər). Bitki qamçılılarının bəzi növləri eyni zamanda həm fotosintez prosesini həyata keçirir, həm də saprofit üsulla qidalana bilirlər (miksotrof orqanizmlər).
Blyumenfeld qambiti
Blyumenfeld qambiti — Şahmat termini XX əsrin 20-ci illərində sovet şahmatçısının təklifi şərəfinə onun adı ilə adlandırılmışdır.
Budapeşt qambiti
Budapeşt qambiti (1. d4 Af6 2. c4 e5) — Şahmat termini Macar şahmatçısı Abonyi tərəfindən 1917-ci ildə işlənmişdir. Bunun davamının sonrakı analizini Abonyinin həmvətənləri Breyer və Baraşa hazırlamışlar.
Böyük Qama
Qulam Məhəmməd Bəkş Butt (22 may 1878 – 23 may 1960, Lahor, Qərbi Pakistan) əsasən, Rüstəm-e-Hind kimi tanınır və rinq adı ilə Böyük Qama. Britaniya Hindistanında pəhləvani güləşçisi və stronqməndir. 20-ci əsrin əvvəllərində o, məğlubedilməz dünya güləş çempionu idi. 1878-ci ildə Britaniya Hindistanının Pəncab əyalətinin Amritsar rayonunun Cabboval kəndində anadan olub. Bəkş 1910-cu il oktyabrın 15-də ağır çəkidə dünya çempionatının versiyasına layiq görüldü. 52 ildən çox davam edən karyerasında məğlub olmayan o, bütün zamanların ən böyük güləşçilərindən biri hesab olunur. 1947-ci ilin avqustunda Britaniya Hindistanı Hindistan dominionuna və Pakistan dominionuna bölündükdən sonra Qama Pakistanı seçdi və burada 23 may 1960-cı ildə Lahorda öldü.
Cax-Qambu
Kərəyday, Kerabetay, daha çox tanqut titulu olan Cax-Qambu adı ilə tanınırdı (Çaxa-Qambu, Cakambu; monq. Жаха Хамбу XII əsr – XIII əsr) — bir çox mənbələrdə Van Xan kimi də tanınan Kereit xanı Toğrul xanın kiçik qardaşı. Toğrulun nəvələri kimi Cax-Qambunun nəvələri də Monqol İmperiyasının tarixində mühüm rol oynamışdır. Belə ki, onun kiçik qızı Sörköktəni Çingiz xanın kiçik oğlu Toluy xanla evlənmişdi; onların 4 oğlu Monqol İmperiyasının tarixində özlərinə məxsus iz qoymuşdur. Onlardan Münke və Xubilay müxtəlif vaxtlarda Monqol İmperiyasının xanları oldu. Hülakü Cənub-Qərbi Asiyada Elxanilər dövlətinin banisi və ilk xanı oldu. Arıq Buğa isə qardaşı Xubilayla Monqol xanı olmaq uğrunda mübarizə apardı. Cax-Qambunun digər qızı Biktutmuş-fucin isə Çingiz xanın böyük oğlu Cuçinin xanımı idi. Toğrulla yanaşı, Cax-Qambunun Ərkə-Hara, Tay-Timur-Tayşi və Buğa-Timur adlı qardaşları da vardı. Ataları Hurcakus Buyuruq xanın ölümündən sonra, Toğrul ölkə sərhədlərini mərkəzi hakimiyyətə tabe etmək üçün sərhəd zonasına göndərildi.
Cənub qambiti
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dal qamış arteriyası
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
El-Qamal sxemi
El-Qamal sxemi — 1985-ci ildə Sahib El-Qamal tərfindən təklif olunmuşdu. Bu sxem elektron imza və şifrləmə (encryption) üçün istifadə olunur. El-Qamal alqoritmi Diffie-Hellman alqoritminə əsaslanır. O, Diffie-Hellman alqoritmini iki alqoritm şəklində ifadə etmişdi. El-Qamal sxemi vasitəsilə şifrləmə 3 kompanentdən ibarətdir: Xüsusi açarın generasiyası Şifrləmə alqoritmi (Encryption algorithm) Deşifrlmə alqoritmi (Decryption algorithm) Xüsusi açarın generasiyası. n bit uzunluğunda təsadüfi p sadə ədədi generasiya olunur. Zp çoxluğundan təsadüfi g primitiv elementi seçilir. Elə təsadüfi x tam ədədi seçilir ki, 1<x<p-1 “y=gx mod p” hesablanır Burada açıq açar (p,g,y) üçlüyü, qapalı açar isə x-dır Hər hansı “M” məlumatı aşağıdakı şəkildə şifrlənir Sessiya açarı seçilir - Elə təsadüfi k ədədi seçilir ki, 1<k<p-1 intervalında dəyişsin “a=gk mod p” və b=ykM mod p hesablanır (a,b) ədədlər cütü şifrlənmiş mətindir Asanlıqla görmək mümkündür ki, şifrlənmiş mətnin uzunluğu daxil edilmiş M mətnindən iki dəfə çoxdur. Digər tərəfdən k-nı göstərilən intervalda deyil, 1-ə və ya p-1-ə bərabər götürsək onda verilmiş məlumatın deşifrlənməsi ilk addımda baş verər ki, buda çox göndərilən məlumat üçün çox təhlükəlidir. x qapalı açarını bilməklə (a,b) şifrlənmiş mətnindən qəbul edilən mətni aşağıdakı düstur vasitəsilə əldə etmək olar: M=b(ax)-1 mod p Asanlıqla görmək olar ki, (ax)-1 ≡ g –kx (mod p) bu səbəbdən b(ax)-1 ≡ (ykM)g-xk ≡(gxkM) g-xk ≡ M (mod p) hesablamaq olar.
Evans qambiti
Evans qambiti — şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-c4 Ff8-c5 4. b2-b4. gedişləri ilə başlanan debüt 1824-cü ildə ingilis V. Evans kəşf edib.
Forest Qamp (film, 1994)
Forrest Qamp – Robert Zemekisin rejissorluğunu, Erik Rotun ssenaristliyini etdiyi 1994-cü il ABŞ istehsalı romantik, komediya-dram janrında film. Film Vinston Qrumun eyni adlı romanı əsası üzərində çəkilsə də, ssenari romandan böyük ölçüdə fərqlənir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi şəxslərin yer aldığı film zəka səviyyəsi 75 olan birinin həyatını ələ alır. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Film qızıl kürə mükafatına layiq görülmüşdür. Baş aktyor Tom Henks isə bir neçə təşkilat tərəfindən dəfələrlə ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. 2011-ci ildə Konqres kitabxanası Forrest Qamp filmini Birləşmiş Ştatlar Beynəlmiləl Film Kadrlarında qorunmalı olan mədəni, tarixi və etik bir film olaraq seçdi. Sözü gedən dövrü mümkün qədər yaxşı canlandırmaq üçün geniş musiqi arxivi toplanmışdır. Film musiqisi bütün dünyada 12 milyondan daha çox satılaraq ən çox satılan albomlardan biri olmuşdur.
Forrest Qamp (film, 1994)
Forrest Qamp – Robert Zemekisin rejissorluğunu, Erik Rotun ssenaristliyini etdiyi 1994-cü il ABŞ istehsalı romantik, komediya-dram janrında film. Film Vinston Qrumun eyni adlı romanı əsası üzərində çəkilsə də, ssenari romandan böyük ölçüdə fərqlənir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi şəxslərin yer aldığı film zəka səviyyəsi 75 olan birinin həyatını ələ alır. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Film qızıl kürə mükafatına layiq görülmüşdür. Baş aktyor Tom Henks isə bir neçə təşkilat tərəfindən dəfələrlə ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. 2011-ci ildə Konqres kitabxanası Forrest Qamp filmini Birləşmiş Ştatlar Beynəlmiləl Film Kadrlarında qorunmalı olan mədəni, tarixi və etik bir film olaraq seçdi. Sözü gedən dövrü mümkün qədər yaxşı canlandırmaq üçün geniş musiqi arxivi toplanmışdır. Film musiqisi bütün dünyada 12 milyondan daha çox satılaraq ən çox satılan albomlardan biri olmuşdur.
From qambiti
From qambiti — Şahmat termini Danimarkalı usta From tərəfindən kəşf olunmuşdur. O, bu qambitin ilk təhlilini 1862-ci ildə dərc etdirmişdir.
Güllücə-i Qami (Miyanə)
Güllücə-i Qami (fars. گلوجه غمي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (16 ailə).
Heyvan qamçılıları
Heyvan qamçılıları və ya Zoomastiqinlər – (lat. – Zoomastigophora) sinfi. Bu sinfi rəngsiz qamçılılar da adlandırırlar. Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir. Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir.
Joan Qamper
Joan Gamper (22 noyabr 1877[…], Vintertur, Sürix kantonu – 30 iyul 1930[…], Barselona) — İsveçrə idmançısı, "Barselona" futbol klubunun yaradıcısı, futbolçusu və prezidenti. O, həmçinin İsveçrənin "Sürix" və "Bazel" futbol klublarının yaradılmasının təşəbbüskarlarından biri hesab olunur. Hans-Maks Qamper İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. O, Kamper (böyük) və Rosina Emma Hessiqin beş uşağından üçüncüsü və yaşca ən böyük oğlu idi. O, səkkiz yaşında olarkən anası vərəmdən ölmüş və ailə Sürixə köçmüşdür. Artıq erkən yaşlarında Qamper qızğın velosipedçi və qaçışçı kimi tanınırdı. Ömrü boyu bütün idman növlərinin həvəskarı olmuşdur. Futboldan əlavə reqbi, tennis və qolf oynamışdır, lakin İsveçrədə futbolçu və "Bazel" klubunun daimi kapitanı kimi məşhurlaşmışdır. 1897-ci ildə Fransada işləməyə başlamış, Lionda reqbi klubunda çıxış etmişdir.
Joan Qamper kuboku
Joan Qamper kuboku (kat. Trofeu Joan Gamper) — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri. Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir. Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir. Başlanğıcda turnirdə 4 komanda iştirak edirdi. Bu dövrdə turnirdə iki yarımfinal, üçüncülük matçı və final oyunu keçirilirdi. 1966-cı ildə təşkil edilən ilk turnirdə Barselona ilə yanaşı Belçikadan Anderlext, Fransadan Nant və Almaniyadan Köln iştirak etmişdir. Finalda Kölnü 3–1 məğlub edən Barselona kubokun ilk sahibi olmuşdur. Kubokun finalında məğlub olan Köln 1978 və 1981-ci ildə kuboku qazanmışdır.
Konstantin Qamsaxurdiya
Konstantin Qamsaxurdiya (gürc.კონსტანტინე გამსახურდია; 3 (15) may 1891 və ya 1891, Abaşa, Kutaisi quberniyası, Rusiya imperiyası – 17 iyul 1975 və ya 1975, Tbilisi) — gürcü yazıçısı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki(1944), Şota Rustaveli Adına Dövlət Mükafatının laureatı(1965). Konstantin Qamsaxurdiya 1893-cü ildə Köhnə Abaşa kəndində Simon Qamsaxurdiya və Elizabet Topuradzenin ailəsində doğuldu.Konstantine Simonun axrıncı, 9-cu oğlu idi. Əlifbanı kəndin klisə məktəbində öyrəndi. Sonra atası oğulları Konstantin və Venonu Senakinin kilisə məktəbinə qoydu. Konstantin 1904-cü ildə məktəbi bitirdi. Bundan sonra atası Konstantineyi qardaşı ilə birlikdə Ktuaisi Zadəgan Gimnazyasına yerləşdirdi, gimnaziyada oxuduğu illərdə o kəndi Abaşişiyə yanlız tətilllərdə gedirdi. Qamsaxurdiyanın Abaşadakı evi Konstantine 1911-ci ildə Ktuaisi Zadəgan gimnaziyasını bitirdi. O Peterburq,Köniqsberq, Leypsiq, Münhen, Berlin universitetlərində təhsil aldı. 1913-cü ilin yazında ölkəsinə müvəqqəti olaraq qayıtdı. Bu dəfə o, Kita Abaşidze tərəfindən qara daş sənayesi təqaüdünə təyin edildi və 1913-cü ilin oktyabrından 1914-cü ilin mart ayına qədər Moskva Universitetinin tarix və filologiya fakültəsində təhsil aldı.
Kristina Qamak
Kristina Qamak — Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusunun Amerika Samoasında yerləşən stansiyasının rəhbəri. Qamak 1997-ci ildə Daremdəki Elm və Riyaziyyat üzrə Şimali Karolina Məktəbin bitirib, sonra Rolunda Şimali Karolina Ştat Universitetində təhsil alır, o, elektrik mühəndisliyi (2002) elmi dərəcəli iki bakalavr, elektrotexnika (2001) və fizika (2002) elm dərəcə ustası qazanıb.
Latış qambiti
Latış qambiti — Şahmatda 1. e2-e4 e7-e5 2. Kg1-f3 f7-f5 gedişləri ilə başlanan debüt. K. Betinşemin başlanğıcı altında bu debütü təhlil edən Riqa şahmatçılarının şərəfinə adlandırılıb.
Leyla Qamsız Sarptürk
Leyla Qamsız Sarptürk (d. 1921; İstanbul - ö. 2010, İstanbul) — Türkiyə rəssamı. Leyla Qamsız Sarptürk 1921-ci ildə İstanbulda anadan olmuşdu. Anası köçəri, atası isə vərəm xəstəliyi sahəsində ixtisaslaşan həkim olmuşdur. Atası işinə görə Anadoluda yaşayırdı. Qamsız ibtidai məktəb təhsilinə pansionda başlamışdır. Orta təhsilini Erenköy Qızlar Məktəbində, tam orta təhsilini isə Sivasda davam etdirmişdir. Müəllimləri onun rəssamlıq qabiliyyətini hələ erkən yaşlarında aşkar etmişdilər, amma onun ən böyük uğuru məktəbdə Əşrəf Ürenin tələbəsi olması olmuşdur. Əşrəf Üren 1984-cü ildə özündən sonra yüzlərlə əsər qoyaraq əbədi şəkildə həyata gözlərini yuman rəsm müəllimi, rəssamlıq və incəsənətin bir çox sahəsində fəaliyyət göstərən peşəkar bir sənətkar idi.
Mehmanın qamışlığı
Mehmanın qamışlığı-Ağcabədi rayonunda, rayon mərkəzindən 20 km cənub-şərqdə, Ağgöl qoruğunun yaxınlığında qeydə alınmış coğrafi adlardan biridir. Qamış-taxıllar fəsiləsindən çoxillik bitki cinsidirː hündürboylu hidrofil otdur. Gövdəsi boş və arakəsməlidir. Hündürlüyü 4-5 bəzən 9 metrə çatır. İsti yerdə və il ərzində bir neçə dəfə su basan yerdə bitən qamış Azərbaycanın 72 min hektar sahədə yayılmışdır. Qamışdan çəpər çəkmək, arakəsmələr hazırlamaq, damların üstünü örtmək üçün istifadə edilir. Odunlaşmış qamış kağız, qatran, sirkə turşusu, metil spirti və s.istehsal etmək üçün qiymətli xammaldır. Toponimin tərkibindəki Mehman sözü şəxs adıdır. Toponim "Mehmana məxsus olan qamışlıq" mənasındadır.
Nikolay Qamaleya
Nikolay Fyodoroviç Qamaleya (rus. Никола́й Фёдорович Гамале́я; 5 (17) fevral 1859 və ya 1859, Odessa, Xerson quberniyası – 29 mart 1949 və ya 1949, Moskva) — sovet mikrobioloqu və epidemioloq, SSRİ EA fəxri akademiki (1940; müxbir üzvü, 1939), SSRİ Tibb EA akademiki (1945), 1948-ci ildən Sov. İKP üzvü, RSFSR əməkdar elm xadimi (1934), SSRİ Dövlət mükafatı laureatı (1943). Nikolay Fedoroviç Qamaleya 5 (17) fevral 1859-cu ildə Odessada Kanatnaya küçəsindəki evdə anadan olmuşdur. O, Borodino döyüşünün və Qafqazdakı döyüşlərin keçmiş iştirakçısı, o zaman Odessa kommersiya məhkəməsinin sədri olmuş, istefada olan polkovnik Fyodor Mixayloviç Qamaleyanın (1881-ci ildə vəfat etmişdir) 12 övladının ən kiçiyi idi. Kiçik oğlu dünyaya gələndə ata artıq qoca idi, xidməti tərk etmişdi. Bu dövrdə əmlakdan gələn gəlirlə yaşayırdı. Nikolay Fedoroviç atasının yaxın qohumlarını şəxsən tanımırdı. Xatirələrində qohumlarının, o, ata tərəfdən babasının Tulada tibb müfəttişi olduğunu və Tula vilayətinin Efremovski və Boqoroditski rayonlarında mülklərə sahib olduğunu bildirirdi. Bu mülklər atasının böyük qardaşlarına miras qalmış, onlardan biri nazir, digəri isə qubernator olmuşdur.