QARANLIQLAMAQ


1. bax qaranlıqlaşmaq.
[Xudayar bəy:] …Qərəz, keçib, indi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. C.Məmmədquluzadə.

2. Qaranlıq etmək, kölgə etmək, kölgələndirmək.
◊ Yaman yerdə qaranlıqladıq – çətin, çıxılmaz, qorxulu vəziyyətə düşmək mənasında.
Gülpəri atlını görcək qorxuya düşdü: – Yaman yerdə qaranlıqladıq, – [dedi] S.S.Axundov.

QARANLIQ
QARANLIQLANMAQ

Digər lüğətlərdə