QAROVULXANA

is. Qarovul üçün bina, budka və s.
Bu halda qarovulxanaları yoxlamaq üçün gələn Fəxrəddin dörd nəfər yavəri ilə bərabər qarovulxanaya girdi. M.S.Ordubadi.

QAROVULÇULUQ
QAROVULLAMA
OBASTAN VİKİ
Qarovulxana (Tikantəpə)
Qarovulxana (fars. قراولخانه‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (39 ailə).
Qarovulxana dağı
Qarovulxana dağı (Şərur)
Qarovulxana dağı (Ordubad)
Qarovulxana dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1442,7 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin suayırıcısında zirvə. Biləv kəndindən 4,5 km-dək qərb-cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerfləşir.
Qarovulxana dağı (Şahbuz)
Qarovulxana dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1840,8 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan Qabaqtəpə qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində zirvə. Badamlı kəndindən 1,2 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, yamacları erozion dərələrlə yarılmış günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının geniş cənub-qərb qanadında yerləşir. Yamacından şimal-şərq və şimal-qərb istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir.
Qarovulxana dağı (Şərur)
Qarovulxana dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin şimal-qərb istiqamətli eyniadlı ayrılmasının suayrıcında, Yuxarı Yaycı kəndindən 1 km-dək şimal-şərqdə dağ (hünd. 1706,4 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yastı tələli yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Yuxarı Danzik antiklinalının şərq qanadında yerləşir. Yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.

Digər lüğətlərdə