QAÇAQLIQ

is.
1. Quldurluq.
[Bahadır:] Görünür, çoxusu aclıqdan qaçaqlıq edir. N.Nərimanov.
[Hacı Murad:] Sənin yediyin … oğurluqla, qaçaqlıqla, yetimin malını mənimsəməklə yığılıbdır… S.S.Axundov.
[Sonqulu] bir neçə il qaçaqlıq edib, heç kəslə işi olmur, ancaq dövlətlilərə düşmən kəsilir. H.Sarabski.

2. Qaçaq; qaçqın adamın halı. Qaçaqlıq həyatı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAÇAQLIQ qaçaqlıq bax soyğunçuluq
  • QAÇAQLIQ quldurluq
QAÇAQÇILIQ
QAÇAQMALÇI

Digər lüğətlərdə