QOLÇAQ

Qədim zamanlarda müharibələrdə qola taxılan dəmir və ya poladdan xüsusi şəkildə hazırlanmış geyim, ümumiyyətlə, qolu zərbədən qorumaq üçün ona keçirilən ya sarılan hər cür qoruyucu. (“Koroğlu” dastanının lüğəti)

Könlümü namərdlər yıxsa,

Polad qolçaq qolum sıxsa,

Misri qılınc qından çıxsa,

Leş sərilər, baş inildər.

                         (“Eyvazın Çənlibelə gətirilməyi”)

                *

At minəm, düşəm yoluma,

Poladdan qolçaq qoluma,

Yeddi min dəli boyuma,

Çənlibeldə yerim ola!

                        (“Eyvazın Çənlibelə gətirilməyi”) (“Koroğlu–Hümmət”)

QOLBƏND ETMƏK
QOMAQ

Digər lüğətlərdə