Qorçu (Laçın)
Qorçu — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Laçın rayon Qorçu kəndi haqqında qısa məlumat. Qeyd etmək lazımdır ki, qorçu sözü özündə “qoruq”, “qorumaq”,“qoruyucu” anlayışlarını bildirməklə yanaşı, həm də “gizli” və ya “məxfi” mənasını ehtiva edir.
Qorçu kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayı və Namlı çayln su qovuşağında,Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə və dəniz səviyyəsindən 1884 metr yüksəklik ərazidə yerləşir.Qorçu kəndi tarixi qaynaqlarda kənd kimi XVII-ci əsrdə təşəkkül tapdığı haqqında məlumatlar var.Belə bir nəticəyə gəliblərki,kəndin təməl daşı XVII-ci əsirdən qabaq qoyulmuşdur Qorçu sözü türk mənşəyli söz olub Qor-çu yəni qoçu başı və eyni zamanda qədim türk ordusunda hərbi rütbə kimi işlədilib.Qorçu kəndi Azərbaycanın başqa kəndləri kimi müxtəlif vaxtlarda müxtəlif tayfalardan gələn türk mənşəli tayfalardan ibarət olub.Kəndin bünövrəsi əsasən Qaraçanlı tayfasından ibarət olub.Qorçu kəndi ADR dövründə inzibati xəritədə Qaraçanlı kimi qeyd olunub.Qorçu kəndinin ərazisində dulusçuluq emalatxanası tarixi yer kimi qalmaqdadır,kəndin yaşlı ağsaqqalları oranı göstərib deyərdilərki,o,yeri əkən vaxtılar saxsı qab qırıntılarından əkmək mümkün deyildi. Qorçu kəndi qərbdən Zağaltı(Alıbəyli)şimal-qərbdən Lolabağırlı kəndi,şərqdən isə Korcabulaq kəndi ilə əhatə olunub,eyni zamanda şimal-qərbdən Kəlbəcər rayonuna məxsus Qalaboynu və Bəylik kənd əraziləri ilədə həmsərhəddir.Qorçu kəndində 1935-1937 ci illərdən 1992-ci ilə kimi kolxoz quruluşlu olub,Qorçu kəndi kolxozçuluq dövründə 16 növ təsərüfata malik olub,maldarlıq,əkinçilik,arıçılıq,atçılıq,quşçuluq və sair Qorçu kəndinin Ağcəbədi rayon Ağgöl adlanan ərazisində yataq yeri olmuşdur.Qorçu kəndi 1965-1966-cı illərdə elektirik enerjisi ilə təmin olunmuşdur.1966 ci ilə qədər 6 kənd bir kalxoz olmuşdur ,1966 cı ildə Qorçu Zağaltı və Oğuldərə kəndi isə bir kalxozu olmuş ,Qarabəyli ,Lolabağırlı və Korcabulaq kəndi isə kalxozu olmuşdur.Qorçu kəndi 1973-ci illə kimi aşağada adarı gösdərilən 6 (altı)kəndlə bir savetlik olmuşdur.Zağaltı ,Oğuldərə,Lolabağırlı,Korcabulaq,və Qarabəyli kəndləri ilə birlikdə 1973 cü ildə Qarabəyli Lolabağırlı,və Korcabulaq kəndləri bir savetlik olmuşdur,1976 cı ildə 6 kənddə kalxoz ləğv edilərək savxoz olmuşdur olmuşdur. 1989 ci ildə savxozlaşma ləğv olunmuş yenidən 3 (üç)kolxoz yaranmışdır.1990 ildə Oğuldərə kəndi Qorçu kəndindən ayrılara savetlik olmuşdur.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur.Yerli əhali meşənin cüzü hissəsindən yanacaq kimi istifadə edərdilər və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi çox ciddi qorunurdu.Qədim qarışıq meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas)və (cır ,alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Qorçu kəndinin bir çox sosyal mədəni obyektləri daima fəaliyyət göstərib,onlardan poçt məntəqəsi,mədəniyyət evi,24 çarpayılıq xəstəxana,Ferdşil mama məntəqəsi,2 kitabxana,1 kiçik-çörək bişirmə sexi,3 mağaza,kalxozun idarə heyyətinin binası,orta məktəb daima fəaliyyətdə olub,onuda bildirmək istəyirəm ki,Qorçu kənd orta məktəbi 1934-1937-ci illərdə inşa olunmuşdur.Kəndə məxsus 3(üç) dəyirman var idi ki,kənd camahatı köçkünlük dövrünə qədər istifadə edrdilər.Qorçu kəndinə yaxın dağlar Dəmirçi dağı, Çalbayır ,Keşik dağı,Buzxana dağı,Sarıyoxuş yaylağı,Divlər yaylağı,Cəhənnəm dərəsi yaylağı,Qəbrli yaylağı,və kiçik dağ silsilələri və yaylaqları ilə əhatə olunmuşdur.Qorçu kəndinin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edirdilər,məlumat üçün onda bildirirəm ki, hal hazırda Qorçu kənd əhalisinin sayı və təsərüfatı 01.01.2023 cü ilə.381 ailə 1568 nəfər əhalisi varıdır Zağaltı kəndi ilə birlikdə isə 561 ailə 2357 nəfər olmaqla respubilkanın 27 rayon və kəndlərində müvəqqəti məskunlaşmışdır. Ərazisi isə 111000 kv
Geoloji kəşfiyatçıların dediyinə görə “El Alı” deyilən yerdə zəngin civə və uran yataqlarının olduğu müəyyən olunmuşdur.Bunlardan başqa “Yarğanlar” deyilən yerdə daş kömür layı,kobalt yataqları var idi.Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Qorçu kəndinin 2(iki)hərbi və 2(iki)mülkü şəhidi varıdır.39 nəfər 1 ci Qarabağ müharibəsinin veteran döyşçüləri 25 nəfər isə 2 ci Qarabağ müharibəsinin iştirakçılarıdır.6 nəfər isə Qarabağ qazisidir.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
== Mədəniyyəti ==
Kənddə 1 orta məktəb, 1 mədəniyyət evi, 1 kulub ,poçt, 2 kitabxana və 24 çarpayılıq xəsdəxana 1992 ci ilə kimi fəaliyyət göstərmişdir.