QOVĞA

is.
1. Gurultu, patıltı, çaxnaşma.
…Əsədin bütün kəndə qovğa saldığına və bununla bərabər öz günahını yenə də düşünməməyinə acınıb [müəllim] dodaqlarını çeynəyərək, şəhadət barmağını ona tərəf silkələyib hədələdi. B.Talıblı.

// Dava, davadalaş, tutuşma, vuruşma, dalaşma, qalmaqal. Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax. Heyran xanım. Gün batdı, hər kəs öz evinə və mənzilinə qayıtdı.
Şuriş və qovğa sakit oldu. M.F.Axundzadə.
İki qardaş arasında olan didişmələr get-gedə uzandı; axırda bir qovğa şəklini aldı. A.Şaiq.

2. Bəla, müsibət; macəra, hadisə.
Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir. X.Natəvan.
[Üçüncü şirazlı:] Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev.
[Camal bəy:] …Mərd kişinin başı qovğada gərək, deyərlər. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOVĞA qovğa bax 1. dava-şava; 2. fəlakət
  • QOVĞA gurultu — patıltı — çaxnaşma
  • QOVĞA dava-dalaş — vuruş — qalmağal
  • QOVĞA bəla — müsibət — macəra — hadisə

Antonimlər (əks mənalı sözlər)

  • QOVĞA QOVĞA – ASAYİŞ Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax (Heyran xanım); Şəhərdə asayiş və əmniyyəti pozmaq
QOVDURULMAQ
QOVĞAÇI
OBASTAN VİKİ
Qovğalı kəndinin gecələri (film, 2008)
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Qovğalı kəndinin gecələri
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.

Digər lüğətlərdə

...ко́р втрамбо́вывание доса́дливость забо́титься инженю́ совме́стница трали́роваться увора́чиваться чадолю́бие исполни́тельный клева́ть мульчи́рование обсека́ться призва́ние лепты Angry Young Man cautious continuance performance dirt-cheap raquetball rerecording досада немножечко режиссёрский терморегулирование