QULLAB

is.
1. Bir udum hava çəkmə; bir çəkim, tüstünü bir nəfəs içəri çəkmə miqdarı.
□ Qullab vurmaq (almaq) – papirosun, qəlyanın tüstüsünü hər dəfə içinə çəkmək.
Mən əlimdəki papirosa bir qullab vuraraq, bir az düşündüm. M.S.Ordubadi.
Miraxur özünü toxtatmaq üçün çubuğa bir qullab vurdu, üfüqə toplanan qara buludlara baxdı, köksünü ötürdü. Çəmənzəminli.
Vəli qəzet kağızından nazik, uzun bir papiros bükdü və yandırıb üç-dörd qullab vurdu. M.Hüseyn.

2. köhn. Çəngəl, qarmaq.
Yadıma düşəndə zülfün ənbəri; Qullab girər ciyərimdən içəri. M.P.Vaqif.

QULİ-BİYABAN
QULLABI

Digər lüğətlərdə

пу́льпа снопо́вый фабиа́нский хаси́д шутни́ца двуголо́сый дока́ливаться картографи́ческий лохмо́тья общепоня́тный отреши́ться посре́дственный проболта́ть размета́ться размо́ина свинцо́вый attentive broiler frowziness mirror finish negligeable new-built newly гласность тропа