RƏNC
RƏNCƏ
OBASTAN VİKİ
Rəncbər
Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı. Tamamilə müflisləşərək, istehsal vasitələri və torpaqdan məhrum olan bu zümrə, varlanmış qonşulara qolçomaqlara öz əməyini satırdılar. Pul və bazar münasibətlərinin inkişafı dövründə rəncbərlərin sayı çoxalmağa başladı. XIX əsrin sonları - XX əsrin əvvəllərində müflisləşməkdə olan rəiyyətin bir hissəsi şəhərlərdə sənaye proletariatına qoşulurdu, bir hissəsi isə kənddə qalaraq rəncbərlik edirdi.
Rəncbər (Hacıqabul)
Rəncbər — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Rəncbər Hacıqabul r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə rəncbər ailələrinin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdı. Rəncbər fars mənşəli söz Club, "muzdla tutulmuş cütcü, əkinçi, sahibkardan şəxsi asılılığı olan kəndli” deməkdir. 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3630 nəfər əhali yaşayır. Kəndin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.
Rəncbər (Zəngibasar)
Şor kolanlı və ya Rəncbər — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Araz çayının sahilində yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənə kimi Üçkilsə (Vağarşabad, Eçmiədzin) rayonunun tabeliyində olmuşdur. Rəsmi sənədlərdə kənd Rəncbər kimi göstərilir. Kənd Cəfərxan adlı bəyə mənsub olmuş və burada çalışanlar da onun rəncbəri (Rəncbər farscadır. Kəndli deməkdir.) idi. Bura, görünür, elə buna görə də Rəşbəri Cəfərxan adlandırılmışdır. Sonrakı dövlərdə Cəfərxan şəxs adı ixtisar edilmiş, işlənməmiş və kənd Rəncbər kimi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində «şoran, duzlu» mənasında işlənən şor ilə kolani // kolanı (kolanlı tayfa adının fars dilində yazılış forması) türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir.
Rəncbər (dəqiqləşdirmə)
Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı. Rəncbər (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Rəncbər (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Rəncbərlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Rəncbər bələdiyyəsi — Hacıqabul rayonunda bələdiyyə. Rəncbərlər bələdiyyəsi — Ağcabədi rayonunda bələdiyyə.
Rəncbər bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rəncbərlər
Rəncbərlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Rəncbərlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Rəncbərlər kəndi Hüsülü kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Rəncbərlər kənd inzibati ərazi vahidi yaradılmışdır. Rəncbərlər yaşayış məntəqəsinin ilk sakinləri, Hacı Ələsgər , Murtuz bəy, Səlim bəy və Həmid bəyin torpaqlarında işləyən və mənşəcə kəbirli tayfasına mənsub olan rəncbərlər olduğu üçün o, belə adlanmışdır. XV–XIX əsrlərdə İran, Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) kəndli kateqoriyası olan rəncbərlər feodaldan torpaq, su, toxum, iş heyvanı və s.alır, əvəzində məhsulun müəyyən hissəsini ona verirdilər. Bəzi xanlıqlarda ancaq mülkədarın şəxsi təsərrüfatında çalışanlar rəncbərlər adlanırdı. Rəiyyətdən fərqli olaraq kənd icmasına daxil olmayan rəncbərlər torpağa yox, şəxsən sahibkara təhkim idi. Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra, 1845-ci il fərmanına əsasən, rəncbərlər təhkimli kəndli kateqoriyasına daxil edildilər. Rəncbərlər "cütcü, əkinçi", "sahibkardan şəxsi asılı olan kəndli" mənasındadır. Hacıqabul rayonunda da Rəncbər kəndi vardır. Vaxtilə İrəvan xanlığının Zəngibasar mahalında Rəncbər adlı kənd mövcud idi.
Rəncbərlər bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə