Yazın bir ayında xoş keçər illər; Zoğ edib rişədən baş verər güllər.
Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirdilər.
□ Rişə atmaq (salmaq) – kök atmaq, kök salmaq, rişələnmək.
Çadır qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı.
Eşqin bu könlümdə atmış rişələr; Əcəlsə qoymadı versin bir səmər.
[Sultan bəydə] şübhələnmək … özünə məxsus rişə salmışdı.