ROMÁNTİKA

[ fr. ]
1. bax romantizm 1 və 2-ci mənalarda. Hüseyn Cavidin romantikası.
– Romantika Almazın enerjisində, yaradıcılıq pafosunda, onun cəsarət və fədakarlığında, onun nikbinliyində, gələcək gözəl həyata olan inam və ümidindədir. M.Arif.
Düşünüb deyirəm: nəyimə gərək; Uzaq sahillərin romantikası. S.Rüstəm.

2. Emosional və yüksək hisslər yaradan hər hansı bir şey. Azadlıq mübarizəsinin romantikası.
ROMÁNTİK
ROMANTİKLƏŞDİRİLMƏ

Digər lüğətlərdə