RZABALA
RZAĞA
OBASTAN VİKİ
Fətulla Rzabəyli
Fətulla Rzabəyli (1885, Bakı – 10 oktyabr 1968, Bakı) — professor (1950), Əməkdar elm xadimi (1960). == Həyatı == Fətulla Rzabəyli 1911-ci ildə Novorossiysk Universitetini bitirmiş və 1913-cü ildən həmin universitetdə işləmişdir. o vətənə qayıdaraq müxtəlif vəzifələrdə də işləmişdir. 1930-cu ildə Azərbaycan Dövlət tibb institutu Azərbaycan Dövlət Universitetindən ayrılaraq yaradılanda "Biologiya" kafedrasını yaradaraq 1930–33-cü illərdə "Biologiya" kafedrasının müdiri olmuşdur. Bu kafedraya sonradan 1946–1964-cü illərdə də başçılıq etmişdir. 1950-ci ildə professor, 1960-cı ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. == Ailəsi == Fətulla bəy Rüxsarə xanım Vəkilova ilə ailə qurmuşdu. Zülfiqar, Davud adlı oğlanları, Gülrux, Törə adlı qızları var. == İstinadlar == == Mənbə == Respublika qəzeti. 26 may 2010-cu il.
Yengicə-i Rzabəyli (Ərdəbil)
Yengicə-i Rzabəyli (fars. ينگجه رضابيگلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 403 nəfər yaşayır (85 ailə).
İdris Rzabəyov
Rzabəyov İdris İbrahim oğlu – Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü == Həyat == İdris İbrahim oğlu Rzabəyov 13 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub, 31 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsinə qəbul edilib, 1961-ci ildə institutu bitirərək təyinatla "Neft Daşları" Neft Qaz Çıxarma İdarəsinə göndərilib, 1989-cu ilədək burada operator, mühəndis, sex rəisi, geologiya və işlənmə şöbəsinin müdiri vəzifələrində çalışıb. 1971-73-cü illərdə Kuba Respublikasında ezamiyyədə olub, neft-mədən geoloqu kimi bu ölkənin neft-qaz yataqlarının istismarında iştirak edib. Dəyərli fəaliyyətinə görə keçmiş sovetlər birliyinin Amerika qitəsindəki yeganə dost ölkəsindəki qurumların və SSRİ-nin Kubadakı Səfirliyinin Fəxri Fərmanlarına layiq görülüb. 1989-1994-cü illərdə "28 May" NQÇİ-nin Baş geoloqu-rəis müavini, 1994-2002-ci illərdə NQÇİ-nin rəisi vəzifəsində çalışıb. Onun rəisliyi dövründə Dövlət Neft Şirkəti üzrə ümumi neft hasilatının 80 faizi, qaz hasilatının 60 faizi "28 May" NQÇİ-nin payına düşürdü. İ.Rzabəyov dövlət idarəçiliyinə cəlb edilərək 2002-2011-ci illərdə yeni yaranan AR Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi-SEN) Aparat Rəhbəri vəzifəsinin icraçısı-Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, SEN-in neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib. Yaşına görə Dövlət qulluğuna xitam verildikdən sonra da indiyədək SEN və AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ictimai əsaslarla baş məsləhətçi-eksperti kimi fəaliyyət göstərir. O, 20-dən çox ölkədə keçirilən beynəlxalq treyninqlər, seminarlar, konfranslarda Azərbaycanı təmsil edib, dəfələrlə "Azneft" İB, ARDNŞ-in Fəxri Fərmanlarını alıb. Müstəqil Dövlətlər Birliyinin-MDB-nin "Əməkdar energetiki", "Əmək veteranı", "Tərəqqi" medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.
аппрети́роваться бальнеотерапи́я выка́пывание зо́рька нако́стный прессова́льная пхнуть алкона́вт благородный свиде́тель междугоро́дка овцево́дство пригля́дный проце́ссорный ски́дывать уа́зик фабрика́нтша athermic Bow bells caesium diffusive epilator trull выгородить кобальт правленый