RƏHMƏTLİK

is.
1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum.
Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi. C.Məmmədquluzadə.
[Cahan:] İndi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir ki, ölübdür. Ü.Hacıbəyov.

2. Bu söz vəfat etmiş adam xatırlanarkən adının ya əvvəlinə, ya sonuna gətirilir.
[Qənbərqulu:] Rəhmətlik bibim buranın ağası olanda Cavadın atası ağsaqqal qoca bir kişi idi. B.Talıblı.
Rəhmətlik qoca nənəm demişkən, tərpənib yeriyəndə elə bilərdin o yandan bir ağmaya gəlir. İ.Əfəndiyev.

3. Yaşlı adama xitab, müraciət (tərkibdə işlənir, həm də narazılıq, məmnunsuzluq ifadə edir).
[Sərnişin:] Sən də bu basabasda tramvaya yeşik çıxardırsan, ay rəhmətlik oğlu. Qantəmir.
Ah rəhmətlik balası, başını qoyub yatsana. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏHMƏTLİK rəhmətlik bax mərhum
  • RƏHMƏTLİK mərhum
RƏHMƏT
RƏHMKAR

Digər lüğətlərdə

-ова-(ть-ся) а́довый военача́льник две нове́лла освещённость пятидеся́тая ро́тор формова́ться недопроизво́дство отзоли́ть развози́ть рединго́т слайд-витра́ж ста́йка hookworm licensure Margery microscope persilicic pleuritic prep Scotticism worshipper пообедать